"Aprel şəhidi"nin xanımı: "Nişan üzüyünü yadigar saxlaya bilmədim" -FOTOLAR

- Röya xanım, aprel şəhidimiz Dilsuz Qarayev neçə il olardı ki, hərb sahəsində xidmət edirdi?
"Bir oğlan uşağını övladlığa götürmüşəm, ona Dilsuzun adını verəcəm"

Gizir Dilsuz Qarayev 2016-cı ilin "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.
1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndind anadan olan Dilsuz Qarayev aprelin 4-ü doğulduğu torpaqda son mənzilə yola salınıb.
Kəşfiyyatçı Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

- 8 il olardı ki, hərbçi idi. Aprel hadisələri zamanı cəbhə bölgəsinə gedəcəyini dedi. Əslində, Dilsuz Bakıdakı hərbi hissələrdən birində baş gizir kimi xidmət edirdi. Həmin ərəfədə bütün hərbi hissələrdə xidmət göstərənləri ön cəbhəyə çağırmışdılar. Dilsuz da onların içində idi.

- Onun qəfildən ön cəbhəyə çağırılması sizi qorxutmadı ki? Müharibə olacağını ehtimal edirdinizmi?

- 2016-cı ilin aprel hadisələri öncəsi Dilsuz dedi ki, ön cəbhəyə getməlidir. Bundan heç narahat da olmadım. Çünki ayda bir dəfə onları cəbhəyə göndərirdilər. Düşündüm ki, bu da digər səfərlərdən biridir və o, mütləq qayıdacaq. Həm də gedərkən dedi ki, aprelin 4-ü qayıdacaq.

- Amma qayıtmadı...

- Mənə ağır gələ də o oldu. Dilsuz şəhid kimi qayıtdı yanıma. O, bir dəfə də olsun ümidsiz davranmadı mənimlə. Dilsuzda müharibə olacağı ab-havasını duya bilmədim. Axırıncı dəfə, evdən çıxanda martın 28-i idi.
Bəs həmin ərəfədə telefon vasitəsilə ünsiyyət qura bilirdinizmi? Axırıncı telefon zənginizdə nədən danışdınız?

- Martın 29-da və aprelin 1-də telefonda danışdıq. Dedi ki, "telefonun enerjisi sönür, zəng çatmasa, narahat olma. Aprelin 3-ü səninlə mütləq özüm əlaqə saxlayacam".
Bilirdi ki, çox narahat olan biriyəm. Aprelin 3-ü gün ərzində onun zənglərini gözlədim, amma zəng gəlmədi. Bu vaxt narahat olmağa başladım. Dərhal hərbi hissəyə zəng etdim, cavab verən olmadı. Sonra döyüş dostlarının xanımları ilə əlaqə saxladım. Dəqiq bir söz deyən olmadı. Heç demə, onlar bilirmiş ki, Dilsuz şəhid olub, amma mənə demirmişlər.

- Deyəsən, heç övladınız da olmadı...

- Sağlığında Dilsuz övlad sahibi olmağı çox istəyirdi. Heç demirdi ki, oğlan uşağı istəyirəm. Həmişə qız övladının olmasını çox arzulayırdı. Zamanında hər ikimiz həkim müayinəsindən keçmişdik. Əsasən, mənim səhhətimdə müəyyən problemlər vardı. "Üzülmə, nə olub ki! Nə yaşımız var, qarşıda o boyda illər var, övladımız olacaq da!" deyirdi. Buna baxmayaraq, 3 aydır ki, bir oğlan uşağını övladlığa götürmüşəm.

- Yəqin Dilsuzun adını vermisiz uşağa?

- Dilsuzun adını vermək niyyətim var, hələ ki verməmişəm. Qismət olsa, bir yaşında Dilsuzun adını uşağa verəcəm. Bu uşaq məni təklikdən xilas edib.

- Dilsuz şəhid olanda 25 yaşı vardı. Sizin də yaşınız çox deyil. İçinizdən nə vaxtsa, öz övladınızı qucağınıza almaq hissi keçirmi?

- İnanın, heç keçmir. Əgər Dilsuzdan sonra ikinci həyatı düşünsəydim, övladlığa uşaq götürməzdim. İllər keçsə də, ikinci dəfə ailə həyatı qurmayacam. Əgər qismət olsaydı, elə Dilsuzla birgə yaşadığımız vaxtda ana olardım. Demək ki, qismət deyilmiş.

- Şəhidimiz hərb sahəsinin çətinliyi barədə nə danışırdı?

- İşini çox sevirdi. Hərb sahəsinin keşməkeşli və çətin olduğunu ikimiz də bilirdik. İşini sevdiyini gördüyüm üçün heç vaxt onu ordudan ayırmaq istəyim olmayıb. Bəzən gecə saat 2 ya 3-də evə gələcəyini bilirdim və oturub onun yolunu gözləyirdim. Amma o evə gec gələndə çox ağlayırdım. Onun bir istəyi vardı ki, ağlamayım...

- Dilsuzdan yadigar olaraq nəyi özünüzdə saxlayırsınız?

- Hərbi paltarlarını... Belədə isə hər şeyi yadigar saxlayıram.

- Güman ki, nişan üzüyünü də saxlayırsınız!

- Xeyr, Dilsuzun barmağıma taxdığı nişan üzüyünü yadigar saxlamaq qismət olmadı. Çünki ev alanda bütün qızıllarımızı satmalı olduq. Nişan üzüyümü də satdıq.

-Onun xəyalı ilə nələrə danışırsınız?

- Elə bilirəm ki, Dilsuz nə vaxtsa qayıdacaq. Çünki onun cəsədini mənə göstərmədilər. İçimdə bir inam var ki, o nə vaxtsa yanıma qayıdıb gələcək. 2016-cı ilin 27 martında özümdən xəbərsiz olaraq Dilsuzu evdə videoya çəkdim. Oturub divanda krossvord edirdi. Demək ki, bu, bizim sonuncu dəfə bir yerdə olacağımız gün imiş.

- Sonuncu telefon zəngi zamanı sizdən başqa bir istəyi olmuşdumu?

-Kredit borclarımız vardı. Mesaj yazdı ki, onları ödə. Amma "mənə bir şey olsa, get, xoşbəxt ol" kimi sözlər demirdi. 4 il nişanlı qaldıq, 3 il ailəli olduq. Onun hərbi xidməti başa vurmasını gözlədim. Sonra işləməyə başladı və ev aldıq. Ev alandan sonra toyumuz oldu. Öz evimizə gəlin gəldim. Heç vaxt müharibə barədə kəlmə kəsmədi.

- Dilsuzun hansı istəyini yerinə yetirirsiniz?

- Onun məndən bir istəyi vardı ki, həmişə başımı bağlayım. Heç vaxt qırmızı geyinməyimi xoşlamırdı. Deyirdi ki, qara libas geyin. Mən də onun istəyinə uyğun olaraq toy günümdən başımı örtməyə başladım.

Mənbə: modern.az
"Aprel şəhidi"nin xanımı: "Nişan üzüyünü yadigar saxlaya bilmədim" -FOTOLAR"Aprel şəhidi"nin xanımı: "Nişan üzüyünü yadigar saxlaya bilmədim" -FOTOLAR"Aprel şəhidi"nin xanımı: "Nişan üzüyünü yadigar saxlaya bilmədim" -FOTOLAR"Aprel şəhidi"nin xanımı: "Nişan üzüyünü yadigar saxlaya bilmədim" -FOTOLAR

Xəbərlər     Baxılıb: 1722   Tarix: 23 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

həkim məsləhəti makiyaj instagram hamilelikde qidalanma kombinler 2026 yay qadın sağlamlığı sekis biskvitli tort resepti kosmetika dieta uzeyir dolça qoğalın nağlı hakista