Aqoniya nədir?

Aqoniya nədir?Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoniya canvermədir. Aqoniya dövrü üçün huşsuzluq və beynin bulbar şöbələrinin yüksəlmiş aktivliyi xarakterdir. Bu mərhələnin əsas əlamətlərindən biridir. Aqonal vəziyyətdə olan şəxslərdə qısa müddət ərzində qıcolma şəkilli dərin tənəffüs müşahidə edilir. Aqonal tənəffüsdə çox vaxt sklet əzələləri də iştirak edir. Adətən aqonal tənəffüs baş verən zəif nəfəsalmalarla başlayır. Sonra tənəffüs hərəkətləri tədricən qüvvətlənir, lakin maksimal səviyyəyə çatdıqdan sonra yenidən zəifləyir. Aqonal tənəffüs normal tənəffüsdən nəfəsalmada iştitak edən əzələlərin gərginliyinin çox yüksək olması ilə fərqlənir. Bu zaman adi tənəffüsdə iştirak etməyən ağız və boyun əzələləri titrəyir.
Aqoniyadan sonra kliniki ölümə keçid başlayır. Bu qan dövranının dayanması ilə xarakterizə edilir. Ürək fəaliyyəti qəflətən dayandıqda isə aqonal tənəffüs bir neçə dəqiqə davam edə bilir.
Kliniki ölüm zaamanı toxumaların oksigenlə qidalanması dayandığına görə hipoksiyalar baş verir. Buna sirkulyatot hipoksiya deyilir. Hipoksiyanın baş verməsinə ürək, tənəffüs sistemi və beynin fəaliyyətinin pozulması səbəb olur. Əksər hallarda qan dövranının pozulmasına və dayanmasına ürək zədələnmələri səbəb olur.
Beynin xəstəlikləri zamanı baş verən ölümün səbəbi isə tənəffüs mərkəzinin, sonra isə vazomator mərkəzin iflicidir.
Canvermə ilə əlaqədar olan funksional dəyişikliklərin əsasını orqanizmin ümumi hipoksiyası nəticəsində maddələr mübadiləsinin pozulması tutur. Çünki beyin toxumasında gedən mübadilə prosesləri hipoksiya zamanı daha tez pozulur.
Müəyyən edilmişdir ki, qan dövranı qəflətən dayandıqda beyin toxuması öz qlükoza və kreatinfosfat ehtiyatını 1 dəqiqəyə, qlikogenehtiyatını isə 5 dəqiqə ərzində sərf edir. Energetik mübadilənin əsas substratlarından biri olan ATF isə cəmi 3-5 dəqiqə ərzində yox olur. Bu zaman isə əmələ gələn süd turşusu beyin toxumasının asidozuna səbəb olur.
Bütün bu proseslər sinir hüceyrələrinə mənfi təsir göstərir və beyin fəaliyyəti pozulur.
Bütün bu proseslər və morfoloji dəyişikliklər ilk növbədə sinir toxumasının, sonra isə digər toxumaların patoloji dəyişilməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1445   Tarix: 03 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

adlarin menasi qaşların formalari gelinlikler sizanaqlara qarsi maskalar milli yeməklər 1 hefteye 5 kq ariqlamaq kosmetika webnem tovuzlu kurtlar vadisi hakista baliq kley lekesi