Arı südü

Arı südüÜmumi məlumat

Arı südü-arıçılıq məhsuludur. Arı südü 5-15 günlük körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.

Saf arı südü xarici görünüşcə sarımtıl-ağ rəngli, spesifik iyli, turşaşirin dada malik xamayabənzər maddədir.

Tərkibi

Su-65%, Zülallar 14-18% (əsasən albuminlər və qlobulinlər), arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır, karbohidratlar 9-18% (qlükoza, fruktoza, saxaroza),

vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu, ali karbon turşuları (kəhrəba, palmitin, stearin və sair turşular),

cinsiyyət hormonları (estradiol, testosteron, proqestron), mikroelementlər Fe, Co, Ka, Ca, Na, Mg, Zn, Cu, Ni, Au, asetilxolin, stearinlər, lipidlər,

fermentlər-amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza.

Təsirləri

antivirus (qrip və stomatit viruslarına təsir edir), güclü biostimullaşdırıcı uşaqların böyüməsini stimullaşdırır,

qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, lakin leykositlərin miqdarını azaldır),

daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stimullaşdırır,

qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarini artırır, həzm orqanlarının işini yaxşılaşdırır,

qan dövranı orqanlarının işini yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır, maddələr mübadiləsını stimullaşdırır və orqanizmin qocalmasını ləngidir,

yaddaşı yaxşılaşdırır və həyat tonusunu qaldirir, endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır, immun sistemini gücləndirir.

İstifadə qaydası və dozası

Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150-180 mq olmaqla gündə 2-3 dəfə, cəmi 0.5qr məsləhət görülür.

Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməli.

Bala 100:2 (hər 100 qr bala 2 qr süd) nisbətində qarışdırıb qəbul etmək də mümmkündür.

Balla 100:2 nisbətində qarışdırılmış südün balla birlikdə sutkalıq profilaktik dozası 20-25 qramdır.

Uşaqlar üçün dozanı 2-3 dəfə azaltmaq lazımdır.

Yadda saxlamaq lazımdır ki, bütün arıçılıq məhsulları yalnız və yalnız ağız suyu ilə fəal həzm olunur. Onları adi nabat kimi ağızda tam həll olana qədər ağızda saxlamaq lazımdır,

həm də mümkün qədər çox saxlamaq lazımdır ki, həzm ağızın selikli qişasında getsin, Onu udmaq, ələlxüsus də üstündən su içmək müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.

Sağlamlıq     Baxılıb: 1642   Tarix: 07 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları qadın geyimi gavalı salatı hakista hamiləlik və analıq şef master kosmetika bahar sac duzumleri damla novruza aid hakistalar bir arzum var