Arıq qalmaq, eyni zamanda beynin yaxşı işləməsi üçün nə yeməliyik?

Arıq qalmaq, eyni zamanda beynin yaxşı işləməsi üçün nə yeməliyik?İdeal bədən quruluşunun arxasınca qaçan qadınlar bir çox hallarda orqanizmin tələbatını unudurlar. Odur ki, dietoloqlar həm kökəltməyən, həm də beyin funksiyasını inkişaf etdirən pəhriz proqramı hazırlamağı qarşısına məqsəd qoydu və MİND pəhriz sistemi yaradıldı.
Publika.az bu yazıda oxuyucuları beynin idrak funksiyalarını qoruyan və metabolizmanı yaxşılaşdırmağa kömək edən qidalanma sistemi ilə tanış edib.
Elmi əsaslara söykənən MIND-pəhrizi və ya qidalanma sistemində 12 il ərzində 60 və daha yuxarı yaşlardan olan 1220 nəfər iştirak edib. Araşdırmalar göstərib ki, xüsusi qidalar qrupu demensiya (Demensiya latın dilindən ağılsızlıq mənasını verən söz olub, ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromu deməkdir), alzheymer və digər psixonevroloji xəstəliklərin riskini azalda bilər. Bu qidalanma sistemi 25 yaşdan yuxarı hər kəsə, xüsusilə 40 sonra hər kəs üçün faydalıdır. MİND özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiqlərini birləşdirir.
Ən faydalı qida
Araşdırmaçılar göstərib ki, MİND pəhrizi hüceyrələrə zərər verən və beyin məhsuldarlığını azaldan oksidləşdirici stressin yaranma ehtimalını böyük ölçüdə azaldır. Bu cür qidalanma sisteminə əməl etmək hər kəs üçün faydalıdır. Çünki yuxarıda dediyimiz kimi, o, özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiplərini birləşdirir, həmçinin demansiyanın başlamasının qarşısını alır. Məşhur dietoloq Roxatqi iddia edir ki, zamanla belə pəhriz alzheymer və beynin koqnitiv funksilarının itməsi riskini azaldır.
"Yediyimiz hər bir qida birbaşa beyinə təsir edir. Yüksək şəkərli içkilərin tez-tez istifadəsi beynin zəifləməsinə və öyrənmək qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Həmçinin hisə verilmiş ətlərdən qaçınmaq daha yaxşıdır. Onlara beyin üçün zəhərli olan yağları ifraz edən nitrozaminlər daxildir", - deyə Apollo Xəstəxanasının baş dietoloqu və qidalanma şöbəsinin direktoru Priyanka Roxatqi qeyd edir.
Pendirləri (həftədə bir dəfədən çox olmalı deyil), qırmızı ət (maksimum həftədə 3 dəfə), qızardılmış (həftədə bir dəfən çox olmayaraq), eləcə də desertlər, dondurma və qənnadı məhsullarını məhdudlaşdırmağa dəyər.
Bəs gündəlik pəhrizə hansı qidalar daxil edilməlidir?
Paxla və mərcimək antioksidanlar və zülallarla zəngindir.
Bütün tərəvəzlər və göyərtilər folik turşusu, vitamin E, karotenoidlər və beyin fəaliyyətinə kömək edən flavonoidlərlə zəngindir.
Giləmeyvə - yaddaşın yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına kömək edir.
Qurudulmuş meyvə və qoz-fındıq, günəbaxan, balqabaq, qarpız və qovun tumu kombinasiyası xüsusilə faydalı olacaq. Belə bir qarışığı hazırlaya və salata əlavə edə bilərsiniz.
Balıq olar, lakin qızardılmış olmalı deyil.
Tam taxıl məhsulları: yulaf, buğda, qəhvəyi düyü, makaron və bütün buğda çörəyi. Gündəlik qəbul olunan qidanın ən azı 50%-ni təşkil etməlidir.
Toyuq və hinduşka zülalla zəngin qidalardır. Qayndaılmış və ya qovrulmuş halda yemək daha yaxşıdır.
O da çoxdan sübut olunub ki, cavanlığmız beynin düzgün fəaliyyətindən asılıdır. Odur ki, onu məntiqi əsaslarla qidalandırmaqla yanaşı, fəaliyyətini davam etdirmək üçün lazımlı mikroelementlərlə də təmin etmək lazımdır. Sağlam qidalar yeyin, məşq edin, təmiz havada daha çox vaxt gəzməyə çalışın. Bu zamanda sizin həm gözəl bədən quruluşunuz olacaq, həm də zehnini iti və güclü işləyəcək.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2630   Tarix: 16 iyul 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq hamilelikde qidalanma makiyaj etmek qaydalari bilik haqqinda atalar sozleri qış xəstəlikləri öskürəyin təbii müalicəsi dirnaq ucun maskalar kosmetika mekteb damla hakışda gülməli hakıştalar efsaneler