Arıqlama dərmanları ilə bağlı yeni təhlükə üzə çıxdı

Arıqlama dərmanları ilə bağlı yeni təhlükə üzə çıxdıGLP-1 tipli dərmanlar ( bədəndəki GLP-1 hormonunun funksiyasını təqlid edən, əsasən diabet və arıqlama müalicəsində istifadə olunan dərmanlardır), xüsusilə də Ozempic, arıqlama sahəsində inqilabi irəliləyişlərə səbəb olsa da, bəzi istifadəçilərdə ciddi yan təsirlər ortaya çıxır. Bunlara diş çürüməsi, üz və ağız sarkması, çanaq nahiyəsində sallanma və saç tökülməsi kimi xoşagəlməz problemlər daxildir. Daha geniş yayılmış yan təsirlər isə mədə-bağırsaq narahatlıqlarıdır ki, bunlar da istifadəçilər üçün çox vaxt narahatlıq yaradır.
Milli.Az xəbər verir ki,Böyük Britaniyanın Tibb və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi (MHRA) GLP-1 dərmanlarından istifadə edənlər arasında ciddi və hətta ölümcül ola biləcək pankreatit halları ilə bağlı yeni araşdırmalara başlayıb. "Yellow Card" proqramına daxil olan məlumatlara görə, GLP-1 dərmanları istifadəçilərindən 400-ə yaxın ağır pankreas problemləri barədə şikayət daxil olub.
Akut pankreatit - mədəaltı vəzinin ani, çox ağrılı iltihabıdır və bu vəziyyət insanları güclü qarın ağrısı, ürəkbulanma və hərarətlə xəstəxanaya gətirir. Bu xəstəlik çox vaxt idarə olunsa da, bəzən ağırlaşaraq ölümə gətirib çıxara bilər. Yalnız Böyük Britaniyada GLP-1 dərmanları istifadəçiləri arasında bu səbəbdən ən azı 10 ölüm qeydə alınıb.
Dərman paketlərində pankreatitin nadir, yəni hər 100 istifadəçidən birində görülən bir reaksiya olduğu bildirilir, amma vəziyyətin ciddi olması əlavə araşdırmaların vacibliyini ortaya qoyur.
Bəzi hallarda genetik faktorlar dərmanların yan təsirlərini artırır və gələcəkdə genetik testlərin tətbiqi risklərin azaldılmasına kömək edə bilər.
İnsanlar sağlamlığını bəzi dərmanlara qurban verməkdən çəkinməlidirlər. 
Asya
Milli.Az

Xəbərlər     Baxılıb: 1335   Tarix: 09 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

turlar.az

geyim və ayaqqabılar qadin sayti geyim necə seçməli süni qidalar yuxu yozmalar sizanaqlara qarsi resept gənc ana kosmetika haxisdalar kahfe fali ariqlamaq novruz bayrami hakisda tut ağacı tutdudu