Arıqlama ilə bağlı miflər: Pəhrizlərin 90 faizi niyə yararsızdır, əvəzinə nə etməli?

Arıqlama ilə bağlı miflər: Pəhrizlərin 90 faizi niyə yararsızdır, əvəzinə nə etməli?Niyə məşhur pəhrizlər yalnız müvəqqəti nəticə verir və çəki daha da artıq şəkildə geri qayıdır?
Cavab sadədir: arıqlama sənayesinə sərf edən miflərə əsaslanan üsullar çoxluq təşkil edir.
Milli.Az lent.az-a istinadən bununla bağlı məlumatları təqdim edir:
1-ci mif: "Az yesən, daha arıq olarsan"
Çox sərt məhdudiyyətlər maddələr mübadiləsini zəiflədir. Bədən "qənaət rejiminə" keçir və hər qramı ehtiyatda saxlamağa başlayır. Bu, arıqlamaq əvəzinə daha da çəki artımına gətirib çıxara bilər.
2-ci mif: "Yağlar bədən üçün təhlükəlidir"
Əslində, Omega-3 və Omega-6 yağ turşuları piylərin parçalanmasını sürətləndirir. Bu yağların çatışmazlığı isə hormonların (o cümlədən əzələ tonusuna cavabdeh olan testosteronun) istehsalını poza bilər.
3-cü mif: "Superqidalar piyləri əridir"
Goji giləmeyvəsi, spirulina kimi məhsullar kalori defisitini əvəz edə bilməz. Bunlar daha çox marketinq hiylələridir, elm deyil. Arıqlamaq üçün əsas prinsip - qəbul edilən enerjinin sərf ediləndən az olmasıdır.
4-cü mif: "Yerində yağ yandırmaq mümkündür"
Əzələ məşqləri qarındakı piyləri təkbaşına yox etmir. Qarın piylərindən qurtulmaq üçün ümumi bədən piyinin qadınlarda 25, kişilərdə isə 15 faizdən aşağı salınması vacibdir.
5-ci mif: "Detoks çayları orqanizmi təmizləyir"
Əslində, detoks çayları bədəndən yalnız suyu çıxarır və bağırsaq mikroflorasını poza bilər. Bu da maddələr mübadiləsini zəiflədərək arıqlama prosesini çətinləşdirir.
Bəs əvəzində nə etməli? - Sistemli yanaşma
Kalori ehtiyacınızı hesablayın və gündəlik normadan 15-20 faiz az qəbul edin.
BJU (zülal-yağ-karbohidrat) balansını qoruyun - 30/30/40 nisbətində:
Zülal (1.5-2 qram/kq bədən çəkisinə görə) - əzələlərin qorunmasını təmin edir.
Yağlar (qoz-fındıq, avokado) - hormon balansını saxlayır.
Mürəkkəb karbohidratlar (qarabaşaq, kinoa) - enerji verir.
Sevdiyiniz fiziki fəaliyyəti seçin: rəqs, üzgüçülük, yürüş - idman məcburiyyət yox, həzz mənbəyi olmalıdır. Həftədə bir dəfə sevdiyiniz yeməkləri yeyin - bu, pəhrizdən çıxmaların qarşısını alır.
Stresi idarə edin: Kortizol hormonu piylərin parçalanmasını əngəlləyir. Meditasiya, hobbilər və istirahət arıqlama prosesində əsas rol oynayır.
Unutmayın: Arıqlamaq yalnız pəhriz deyil - bu, balanslı həyat tərzidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1405   Tarix: 25 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yay kolleksiyasi geyim dəbləri qadin dunyasi goyemin faydalari nermin ibrahimova 2026 yaz kolleksiyasi pnevmoniya xesteliyi kosmetika mekteb salatlar haqisda novruz bayramına aid hakışda anabaci