Arıqlama proqramlarına əməl edərkən həftədə 0,5-1 kiloqram çəki itirilməsi normal sayılır

Arıqlama proqramlarına əməl edərkən həftədə 0,5-1 kiloqram çəki itirilməsi normal sayılırArıqlamaq üçün müxtəlif üsullar var. Artıq çəkidən xilas olmaq üçün pəhriz saxlayanlar, idman məşğələləri edənlər və müxtəlif dərmanladan istifadə edənlər var. Arıqlamağa kömək edən məhsullar istifadəçilərə müxtəlif formalarda - bitki çayları, qəhvə və həblər şəklində təqdim olunur. Qısa zamanda təsir göstərən preparatlardan istifadəni çoxları məqsədəuyğun hesab etmir.
Satış statistikası həmin preparatların alıcılarının heç də az olmadığını göstərir. Təbii ki, arıqlamaq istəyən hər kəs qısa vaxtda nəticə əldə etmək arzusundadır. Həmin məhsulların dadı xoşagələn və təsiri səmərəlidir. Bəs onların sağlamlığa zərəri varmı?
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Bəzən insanlar tərəzidə çəkilərinin azaldığını görəndə sevinirlər, əslində isə azalan çəki su və əzələ itkisidir. Həftədə 0,5-1 kiloqram çəki itirilməsi normal sayılır və çəkinin orqanizmin yağ kütləsindən itirilməsi vacibdir. Riskli qidalardan alınan vitaminlər bağırsaqlarda rahat mənimsənilmir. Orqanizm həmin məhsulları mənimsəməmiş onların bədəndən xaric olması nəticəsində vitamin və mineral çatışmazlığı yaranır. Bir müddət sonra həmin insanlar saçlarının tökülməsi, aqressivlik və s. hallarla əlaqədar həkimə müraciət etməli olurlar".
Onun dediyinə görə, arıqlamaq üçün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir: "Yaxşı olar ki, çekap müayinədən keçərək kökəlmənin səbəbi öyrənilsin və bundan sonra arıqlamaq daha rahat olacaq. Arıqlamaq üçün hər gün fiziki aktivlik nümayiş etdirmək və bağırsaqlarda faydalı bakteriyaları artırmaq lazımdır və hətta bunun üçün əlavə probiotiklərdən də istifadə etmək olar. Təbii ki, balanslı və düzgün qidalanmaq da ən əsas şərtlərdən biridir".
İstənilən halda orqanizmlə əlaqədar verilən qərarlarda həkim məsləhəti vacibdir. Mütəxəssis tövsiyəsi olmadan pəhriz saxlamaq bəzən sağlamlıq üçün fəsadlar törədə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1185   Tarix: 28 iyul 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik