Ayaqlar niyə yorulur?

Ayaqlar niyə yorulur?Günümüzdə müasir qadınların əksəriyyəti, hətta cavan yaşda olan qadınlar da ayaqlarının yorulmasından şikayətçidirlər.
Buna müxtəlif amillər səbəb ola bilər. Dəbə uyğun hündür topuqlu ayaqqabılar, fiziki aktivliyin azalması, müxtəlif zərərli vərdişlərdən və qeyri-sağlam qidalardan istifadə bu amillər sırasındadır. Bəs ayaqlara əvvəlki yüngüllüyünü və buna bağlı olaraq da özümüzə yaxşı əhval-ruhiyyəni necə qaytara bilərik?

Ayaqlarınızın yorulmasının səbəbləri çox ola bilər. Günümüzdə tez-tez və ya periodik olaraq ayaq ağrısından şikayət etməyən qadına rastlamaq çox çətindir. Bu, ilk növbədə düzgün seçilməmiş ayaqqabı ilə əlaqədardır. Təəssüf ki, hazırda əsasən aşağı və orta keyfiyyətli müasir ayaqqabı istehsalçılarının böyük əksəriyyəti istehsal etdikləri ayaqqabının yeriş üçün rahat olub-olmadığı haqda düşünmürlər. Əksər hallarda müasir qadınlar da ayaqqabı seçərkən "Gözəllik qurban tələb edir" şüarını əsas tutaraq onun rahatlığına deyil, gözəlliyinə diqqət edirlər. Ancaq düşünmürlər ki, bu şübhəli gözəllik üçün sağlamlığı qurban verməyə dəyərmi? Əgər yeriyən zaman ayaqlarınızın yorulmağını və bu yorğunluğun nəticədə aşağı ətrafların varikozuna gətirib çıxarmağını istəmirsinizsə, ayaqqabı seçərkən onun dəbə uyğun olması ilə yanaşı rahat olmasına da diqqət edin. Ayaqqabını geyinib yoxladığınız zaman ayağınızın tam və sıx şəkildə ayaqqabı astarına oturmasına fikir verin, əsasən orta hissəsinin. "Geyindikcə açılar" düşüncəsi ilə bir ölçü kiçik ayaqqabı almayın, keyfiyyətli ayaqqabı bir ölçü böyüklüyündə genişlənərək ölçüsünü dəyişə bilməz. Nəhayət, gündəlik istifadə üçün topuğu 4-5 sm-dən hündür olan ayaqqabı almayın, "şpilka" və hündürdaban ayaqqabıları isə xüsusi gecələr və ictimai tədbirlər üçün saxlayın.

Ayaqlarınızın yorulmasının səbəbi həyat tərziniz də ola bilər. Məsələn, oturaq iş və ya çox gəzmənizi, ayaqüstə dayanmanızı tələb edən işlər bu yorğunluğun qaynağı ola bilər. Belə halda sizə profilaktik gimnastika, həmçinin qaçış, hovuzda üzmə kimi idman növləri ilə məşğul olmaq kömək edər. Axşam ayaqlar üçün profilaktik sərin vannalar qəbul edin, ayaqlarda yorğunluğu aradan qaldıran kremlərdən istifadə edin və s. Unutmayın ki, bu qəbildən olan ağrılar yeni yaranmağa başlayan varikoz xəstəliyinin xəbərçisi ola bilər. Buna görə də profilaktik tədbirlər sizə ancaq xeyir gətirər.

Ayaqlarınız yorulursa, nə etməli?

Bəzi sınaqdan keçmiş üsullar və prosedurlar var ki, onların tətbiqi ayaqlarınızın yorğunluğunu aradan qaldırmaqda sizə yardımçı ola bilər:

- gimnastika - barmaq uclarında gəzmək, ayaqyalın şəkildə dabandan barmaq uclarına təzyiq verərək gəzmək, barmaqların uclarını özünüzə doğru və əks istiqamətdə dartmaq, həmçinin ayaqlarınızı bir tərəfdən digərinə doğru döndərmək kimi primitiv hərəkətlər qan dövranını yaxşılaşdırır və gərilmiş əzələləri rahatladır;

- müalicəvi vannalar – ayaqlardakı yorğunluq, zoqquldama və ağırlığın aradan qaldırılmasında cökə çiçəyi, çobanyastığı cövhərindən hazırlanmış və ya dəniz duzu qatqılı rahatladıcı vannalar da effektiv təsir göstərir;

- massaj və ya özünümassaj — ayaqları yorulan hər bir qadın massajın necə rahatladıcı və xoş təsir bağışlaya biləcəyini gözəl bilir. Təəssüf ki, hər kəsin şəxsi massajisti yoxdur. Buna görə də özünümassajın bəzi incəliklərini öyrənmək heç də pis olmazdı. Bunun üçün ilk əvvəl ayaqlarınızı, sonra hər barmağınızı bir-bir gərmək lazımdır. Massajı rahatladıcı vannadan sonra etmək daha xeyirli olar, massajdan sonra isə ayaqları yuxarı qaldırmaq və bu halda 10-15 dəqiqə uzanmaq məsləhətdir.

Əgər ayaqlarınız yorulursa, ayaqqabınızı dəyişin, idmanla məşğul olun, həmçinin sadə və effektiv prosedurları tətbiq etməkdən də çəkinməyin. Daha yaxşısı isə ortopedə və fleboloqa müraciət edin, ola bilər ki, sizdə problem ayağınızın quruluşundadır və ya ayaqlarınızdakı yorğunluq inkişaf etməkdə olan varikozdan xəbər verir.

XANIM AZ

Gözəllik və Moda     Baxılıb: 2333   Tarix: 05 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

turlar.az

gozel gorunmek yemek reseptleri maskalar xatire islamin sekilleri qadindunyasi boy uzadan fantaziya kosmetika hakışta vətənə aid atalar sözləri saglam qidalanma balıq əfsanələr