Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR
ABŞ-dakı İllinoys Universitetinin tədqiqatçıları kofeinin bədənin qan və yağ hüceyrələrində həddindən artıq yağ istehsalını dayandırdığını göstərib.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 4 stəkan şəkərsiz qəhvə bəzi qidalardan alınan yağların bədəndə yığılmasının qarşısını alır.
Tədqiqatçılar mate çayındakı kofeinlə qəhvədəki kofeinin oxşar təsir göstərdiyini müəyyən edib. Məlum olub ki, həm çaydakı, həm də qəhvədəki kofein yağ molekullarının üzərində güclü təsirə malikdir və yağ toplanmasını 20 ilə 40 faizə qədər azaltmaq gücünə malikdir.
Tədqiqatın sonunda kofein verilən siçanların çəkisinin kofein verilməyən siçanlarla müqayisədə daha az olduğu məlum olub.
Tədqiqatın rəhbəri Elvira Qonzalez de Mejia "bu araşdırmanın nəticələrini rəhbər tutsaq, mate çayı və qəhvə piylənmə əleyhinə elementlər hesab edilə bilər",deyə bildirib. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir