Arterial təzyiqin orqanlara təsiri

Arterial təzyiqin orqanlara təsiriUzun müddət arterial təzyiqdən əziyyət çəkən xəstələrin müxtəlif orqanlarında müxtəlif cür patologiyalar baş verir.
Patologiyalara hədəf orqanlara aşağıdakılar aiddir:
- ürək
- baş beyin
- böyrəklər
- damarlar
Arterial təzyiq zamanı ürək
Xanim.az immunitet.az-a istinadən bildirir ki, yüksək arterial təzyiq zamanı ürəyin zədələnməsi, sol mədəciyin hipertrofiyası, stenokardiya, miokard infarktı, hətta qəfil ürək ölümü baş verə bilir. Arterial təzyiqin ürəyə çox təsiri olduğundan "ürək təzyiqi" termini son illərdə daha çox istifadə olunur. Belə ki,yüksək arterial təzyiq ürəkdə sol mədəciyin hipertrofiyasına, sol mədəciyin disfunksiyasına və hipertrofiyasına, ürək çatışmazlığına səbəb olduğuna görə xəstələrdə patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Arterial təzyiq zamanı böyrəklər
Böyrəklər arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayan orqanlardan biridir. Bu vazofəal maddələrin ifrazı ilə bağlıdır. Ağırlaşmaları olmayan arterial təzyiq zamanı böyrəklərin funksiyası normal olur. Kəskin və yüksək arterial təzyiq yumaqcıq filtirasiyasının işini əhəmiyyətli dərəcədə aşağı salır. Daimi yüksək təzyiq yumaqvari membranların funksiyasının pozulmasına səbəb olduğu üçün arterial təzyiqin onunla əlaqədar olduğu söylənilir. Bundan başqa, yüksək arterial təzyiq böyrək arteriyasının konstruksiyası yaranır ki, bu da onun funksiyasını pozmaqla proksimal kanalcıqların ilkin işemiyasına səbəb olur.İşemiyanın baş verməsi bütün nefronun zədələnməsinə gətirib çıxarır.
Arterial təzyiqin ağırlaşması olan hipertonik nefroskleroz böyrəklərin ifrazat funksiyasın zəifləməsilə xarakterizə olunur.
Arterial təzyiq zamanı damarlar və baş-beyin
Damar mənfəzinin daralmasının yüksək olması arterial təzyiqin qalxmasında böyük rol oynayır. Damarlar təzyiqin yüksəlməsində rol oynamaqlarına baxmayaraq, zədələnməyə məruz qalan orqanlardan biri sayılır. Belə ki, baş-beyin xırda arteriyalarının zədələnməsi insulta, böyrək damarlarının zədələnməsi böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
Göz dibinin tətbiqi təzyiq zamanı damarların zədələnməsinin informasiya mənbəyidir. Belə ki, yüksək təzyiqdən uzun müddət əziyyət çəkən adamlarda hipertonik retinopatiya inkişaf edir. Göz dibinin damarlarında yüksək təzyiq zamanı bir çox patologiyalara məruz qalır. Belə ki, təzyiqin yüksəkliyindən və müddətində asılı olaraq göz damarlarında aşağıdakı patologiyalar əmələ gələ bilir:
- arteriollarin daralması
- angioskleroz
- arteriya-venoz çarpazlanma
- angiospastik retinopatiya
- göz siniri diskinin şişməsi
- damarların əhəmiyyətli dərəcədə daralması
Xəstəliklərin əmələ gəlməsi arterial təzyiqin yüksəklik dərəcəsindən və onun müddətindən çox asılıdır. Belə ki, təzyiqli xəstələrin uzun müddət heç bir şikayətləri olmur. Onlar baş ağrısı,boyun və ənsə nahiyədə xoşagəlməz narahatlıq hissinin olmasından, bir müddət sonra baş gicəllənmədən, qulaqlarda küydən, ürək bulanmadan, gözlərinin önündə qığılcımların olmasından şikayətlənirlər.
Təzyiqli xəstələr mütəmadi olaraq həkim qəbulunda olmalı, həkimin göstərişlərinə əməl etməli və hər gün təzyiqlərinə nəzarət eləməlidir.

Xəbərlər     Baxılıb: 1901   Tarix: 26 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim dəbləri dil haqqinda atalar sozu sağlamlığa aid atalar sözləri bizim məşhurlar kosmetologiya kosmetika burclerin uyumu balıq zəhmət prostat əfsanələr