Artıq çəki bu xəstəliyin yaranmasında mühüm rol oynayır

Artıq çəki bu xəstəliyin yaranmasında mühüm rol oynayır"Aşağı ətrafların xroniki venoz çatışmazlığı bir çox səbəblərdən yaranır. Bu problemə qadınlarda daha çox rast gəlinir".

Xanim.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında ürək-damar cərrahı, Mərkəzi Klinik Xəstəxananın Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rafiq İbrahimov deyib.

Bu problemin bütün dünyada geniş yayıldığını deyən həkim bildirib ki, xəstəliyin daha çox yayıldığı ABŞ-da 29 yaşa qədər olan qadınlarda problemə rast gəlmə ehtimalı 8 faizə, kişilər arasında isə 1 faizə qədərdir. Amma yaş artdıqca qadınlarda aşkarlanma halı 40 faizə kimi artır. Kişilər arasında isə maksimal hədd 22-24 faizə qədər olur.

Problemin daha çox genetik faktorla bağlı yarandığını deyən cərrah qeyd edib ki, nəsildə, ata-anada aşağı ətraflarda xroniki venoz çatışmazlığı mövcuddursa, 90 faiz övladlarda da ortaya çıxma ehtimalı var.

Onun sözlərinə görə, bununla yanaşı, həmin şəxslərin həyat tərzi, qidalanması və sairə faktorlardan asılı olaraq problem yaranmaya da bilər: "Yəni genetik meyllilik olsa belə, həyat tərzindən asılı olaraq, risk faktorlarından uzaq olmaqla bu, ömrün sonuna qədər övladları narahat edəcək xroniki venoz çatışmazlığı həddinə çatmaya bilər".

Mütəxəssis qeyd edib ki, aşağı ətraflarda yaranan venoz probleminin əlamətlərini çox zaman gözlə görmək mümkündür: "Yəni daha çox səthi venaların genişlənməsini, varikoz deyilən bir problemin yarandığını müşahidə edə bilirik".

Xroniki venoz xəstəliyinin əlamətləri barədə danışan mütəxəssis əlamətləri iki qrupa böldüklərini deyib: "Xəstələrdə görüntünü pozmayan hallar da olur. Yəni elə anlaşılmasın ki, hamıda vena damarları genişlənən kimi bunu kənardan görmək mümkün olur. Məsələn, xəstədə venoz xəstəliyinin şikayətləri var, ayaqlarda şişkinlik yaranır, eyni zamanda qıcolma və yorğunluq yaranır. Amma görüntüdə problem yoxdur, yəni damarlarda qabarma qeydə alınmır.

Damar görünmədiyi, qabarmadığı hallarda həkimə daha gec müraciət edilir və bu, bəzən xəstəliyin uzun müddət davam etməsinə, trombların yaranmasına gətirib çıxarır".

Həkim deyib ki, xəstələr ən çox belə hallarda və ayaqlarda damarlar daha qabarıq şəkildə göründüyü hallarda həkimə müraciət edirlər: "Damar genişlənməsi gözlə görünməyə bilər. Amma xəstələr ayaqlarda şişkinlik olduğunu, axşama doğru bunun daha da artdığını, ayaqların sanki partlamaq həddinə çatdığını, ağrı yarandığını, ayaqları uzadan zaman nisbətən sakitləşdiyini deyirlərsə, bu, artıq problemin olduğuna dəlalət edir. Bu, daha çox ağırlaşmış hallarda olur. Yəni bu əlamətlər birdən-birə yaranmır. Baldır hissədə olan venalarda yaranan problemlər çox zaman gözlə göründüyü halda, bud hissədə olan problemləri gözlə müşahidə etmək mümkün deyil. Bu isə uzun zaman xəstəliyin gizli şəkildə inkişaf etməsinə, son nəticədə ən çox qorxduğumuz hal, ayaqlarda venoz xoralar və trombların yaranmasına səbəb olur, daha böyük patologiyalar üçün şərait yaradır".

R. İbrahimov deyib ki, ayaqlarda olan sağalmaz venoz yaralar bu gün geniş yayılan problemlərdən biridir. Mütəxəssis qeyd edib ki, bu, xroniki venoz çatışmazlığının inkişaf etmiş formasıdır: "Yaralar aşağı ətraflarda qanla qidalanmanın pozulması nəticəsində yaranır. Daha çox baldır hissədə rast gəlinir, getdikcə böyüyür. Əvvəlcə bunlar dəri piqmentasiyası şəklində olur, fikir verilməyəndə, ayaqlarda şişkinlik yaranır, buna da diqqət etməsək ayaqlarda yaralar meydana gəlir. Venoz xoraları mürəkkəb müalicə tələb edir".

Cərrah onu da bildirib ki, xəstəliyin ağırlaşdığı dövrdə artıq ayaqlarda şişkinlik tək günün sonunda yaranmır: "İlkin dövrdə günün sonunda ayaqları uzadanda şiş keçirdisə, ağır formada bunu edəndə şiş çəkilmir. Artıq bütün gün ərzində ayaqlarda narahatlıq yaranır".

Mütəxəssis qeyd edib ki, şişkinlik, qıcolmalar başqa problemlərlə də bağlı yarana bilər. Venoz çatışmazlıqda olduğu kimi, əzələlərdə problem olanda, nevroloji xəstəliklərdə bu halların yaranması mümkündür: "Təbii ki, səbəbi həkim müəyyən etməlidir. Belə əlamətlər varsa, mütləq həkimə müraciət olunmalıdır.

Aşağı ətrafda sadə bir əlamət - baldırda tüklərin tökülməsi, piqmetasiyanın olması, ətrafların isti olması kimi əlamətlərə də biganə yanaşmaq olmaz".

R. İbrahimov qadınlarda hamiləliyin, hormonal problemlərin, eyni zamanda kişilərdə həyat tərzi və artıq çəkinin bu problemin yaranmasına səbəb olan amillər sırasında olduğunu vurğulayıb: "Həm kişilərdə, həm də qadınlarda artıq çəki bu xəstəliyin yaranmasında mühüm rol oynayır. Daha çox işi ayaq üstdə olan şəxslərdə bu, daha gənc yaşlarda baş verir və daha ağır fəsadlara gətirib çıxarır. Nə qədər çox ayaq üstdə dursaq, bu zaman aşağı ətraflara düşən yükün miqdarı çoxalır. Qan damarları genişlənir, bu zaman venaların içində olan qapaqlar bağlana bilmir, qan aşağı doğru dövran edir və damar daha da genişlənir. Bu zaman qüsurlu dövran baş verir".

Həkim onu da deyib ki, oturaq həyat tərzi keçirən şəxslərdə də xroniki venoz çatışmazlığı yaranması riski böyükdür: "Əgər xəstənin artıq çəkisi varsa, siqaret çəkəndirsə, irsi meyllik varsa, proses daha sürətlə gedir. Təbii ki, gün boyu ayaq üstdə çox qalan, oturaq həyat tərzi keçirən bütün insanlarda bu problemin yaranması mümkün deyil. Burada digər amillərin də təsiri çox önəmlidir".

R. İbrahimov gün ərzində daha çox ayaq üstdə duran, oturaq rejimdə çalışan şəxslərə bir sıra tövsiyələr verib: "İş vaxtı fasilələrdə xüsusi gimnastik hərəkətlər etmək lazımdır. Məsələn, ayaqların pəncə biləyindən bükülüb-açılması, bunu tez-tez təkrarlamaq hətta xəstəliyin ilkin mərhələlərində profilaktika olaraq mühüm əhəmiyyət kəsb edir.
Heç olmasa hər gün işdən çıxandan sonra az da olsa piyada gəzmək lazımdır. Təmiz havada gəzmək, bol maye qəbul etmək çox faydalıdır. Artıq çəki bütün xəstəliklərin sürətlənməsinə səbəb olur. Ona görə də çəkinin normada olmasına diqqət etmək vacibdir".

R. İbrahimov davamlı köpdən əziyyət çəkən şəxslərdə də ayaqlarda damar problemlərinin daha çox yarandığını açıqlayıb.

Mütəxəssis xroniki venoz çatışmazlığı ilə bağlı ilkin etapda konservativ müalicənin daha məqsədəuyğun olduğunu vurğulayıb: "Amma daha gec müraciət edəndə, problem daha qabarıq olanda bu zaman digər metodlara, o cümlədən cərrahiyyə əməliyyatlarına əl atmağa məcbur oluruq. Damarlar dəri səthindən qalxdığı, göründüyü hallarda biz əməliyyata üstünlük veririk. Bu damarlar xəstə olduğu, bədənə artıq yük olduqları üçün xaric olunmaları lazımdır. Əgər bütün bunlar yoxdursa və xəstədə problem yenicə yaranıbsa, 3 ay ərzində dərman müalicəsi təyin edilir. Konservativ müalicə zamanı müsbət nəticə əldə olunmursa, şişkinlik ciddidirsə, digər metodlara əl atmaq lazımdır".

Xroniki venoz çatışmazlığı zamanı elastik corablardan istifadə haqda danışan həkim deyib ki, problem zamanı corablardan düzgün istifadə 50 faiz müsbət nəticə verir: "Corab geyinməyin mahiyyəti damarların xaricdən təzyiqlə sıxılmasından ibarətdir.

Elastik corablar fərdi olaraq seçilməlidir. Xəstə bunu 3 aydan 6 aya qədər geyinməlidir. Səhər yuxudan qalxan kimi corabları geyinməli, yatana - sutkanın axırına qədər ayaqda olmalıdır. Bu, xəstəliyin ilkin mərhələsində, gün boyunca oturaq və ayaqüstü işlərdə çalışanlara tövsiyə olunur. Corablardan kim istəsə alıb istifadə edə bilməz. Bunu həkim, mütəxəssislər təyin etməli, xəstəliyin mərhələsi, bədənin, corabın ölçüsü, sıxma dərəcəsi təyin olunandan sonra alınmalıdır. Yanlış istifadə etdikdə corablar problemin daha da şiddətlənməsinə səbəb ola bilər. Corabı bir həftə geyindik, yaxşılaşma oldu deyə arada fasilə vermək olmaz. Corablardan konkret rejimlə istifadə olunması vacibdir"...

Sağlamlıq     Baxılıb: 1802   Tarix: 08 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

toy makiyaji sekilleri qadın geyimi qis geyimləri 2025 qadın geyim və aksessuar abdulla saiq usaq serleri xina ucun hakistalar qara qarağat kosmetika itburnu haxisdalar uzeyir hacibeyli səməd vurğun oyunlar