"Artıq çəki qadınlarda xərçəng riskini artırır" - Açıqlama
Artıq çəki və piylənmə təkcə həyat keyfiyyətini pisləşdirmir, həm də bir çox xərçəng növlərinin yaranma riskini artırır.
Milli.Az xəbər verir ki, bunu "SM-Klinika"nın onkogenekoloqu Radmir Axmerov söyləyib.
Onun fikrincə xüsusilə süd vəzisi, uşaqlıq və yumurtalıq xərçənglərinin 30%-i artıq çəkisi olan qadınlarda müşahidə olunur.
Mütəxəssis bildirib ki, piy toxuması orqanizmdə artıq estrogen hormonlarının toplanmasına səbəb olur və bu da bədxassəli şişlərin böyüməsini sürətləndirir. Bundan başqa, artıq çəkili qadınlarda immunitet zəifləyir, nəticədə orqanizm xərçəng hüceyrələri ilə mübarizə aparmaqda aciz qalır.
Axmerov qeyd edib ki, piy qatının sıx olması bəzi hallarda dərmanların şişə çatmasını çətinləşdirir və müalicənin keyfiyyətinə təsir göstərir.
"Həkimlər artıq çəkili pasiyentlərdə müalicəni çətinləşdirən hallarla tez-tez rastlaşırlar, buna görə də xərçəng riskinin azaldılması üçün artıq çəki ilə mübarizə aparmaq vacibdir", - deyə Axmerov söyləyib.
İsmayıl
Milli.Az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
Uzak şehir'in aktrisası onunla eşq yaşayır
Məşhur aktyor vəfat etdi
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım