Artıq çəkiyə sahib olmaq nəticəsində hormonal pozuntular yaranır

Artıq çəkiyə sahib olmaq nəticəsində hormonal pozuntular yaranırAparılan araşdırmalar nəticəsində məlum olub ki, azyaşlıların artıq çəki alması əsasən genetik və bioloji səbəblərlə əlaqədardır. Lakin bunun bir səbəbi də şübhəsiz ki, düzgün qidalanmamaq və passiv həyat tərzidir. həkimlərin dediyinə görə, kökəlmənin qarşısını almaq üçün valideynlər uşağın qida rasionuna xüsusi diqqət yetirməlidirlər, çünki onların sevərək qəbul etdiyi yağlı və kalorili qidalar piylənməyə və nəhayət, xoşagəlməz xəstəliklərə səbəb olur.
Artıq çəkiyə yiyələnməmək üçün əsas "qızıl qayda"lardan biri düzgün qidalanmaqdır. Qazlı və şirin içkilər artıq çəkiyə səbəb olmaqla yanaşı, həzm sisteminə də birbaşa təsir edir, uşaqlarda mədə-bağırsaq problemi yaranır. Ümumilikdə piylənmə azyaşlıların fiziki inkişafına mane olur, boyartımını ləngidir.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Atıq kalori qəbul etmək və artıq çəkiyə sahib olmaq nəticəsində hormonal pozuntular yaranır. Məsələn, 10 yaşında olan uşağın qanında insulin hormonunun artdığı, treoid hormonunun pozulması halı ilə yaranır, boyu, çəkisi, yağ kütləsi yaşına uyğun olmur, zehni inkişafı ilə fiziki inkişafı arasında uyğunsuzluq yaranır. Belə olan halda həmin göstəricilərə uyğun olaraq diyeta proqramı hazırlanır və bundan sonra gedişata baxılır. Çəki itirilməsi sahəsində vəziyyət xoş olmayanda lazım gəlsə, endokrinoloqa yönəldilir".
Müsahibimizin dediyinə görə, problemi tezliklə aradan qaldırmaq üçün azyaşlıya təyin edilən pəhriz rejiminə tam şəkildə əməl olunmalıdır. Bəzən valideynlər artıq çəki yaratdığını düşündükləri üçün uşağın qida rasionundan çörəyi və paxlalı bitkiləri çıxarırlar, bu isə yanlış addımdır: "Tərkibində B qrupu vitaminləri olduğu üçün çörəkdən imtina etmək olmaz. Əgər çörək rasiondan çıxarılırsa, həmin qrupa məxsus digər paxlalı bitkilər, qarabaşaq, bulqur və s. ilə əvəz edilməlidir".
Pəhriz zamanı uşağın səhər yeməyinə xüsusi diqqət ayırmaq lazımdır: "İstər böyüklər, istərsə də uşaqlar arasında artıq çəki əmələ gəlməsinin səbəbi şəkərli və yüksək karbohidratlı qidaların menyuda üstünlük təşkil etməsidir. Yüksək karbohidratlar sırasına əsasən fast-fudlar daxildir. Səhər qidası orqanizmin enerji mənbəyidir və uşağın gündəlik qidasında mütləq 100-150 qaram meyvə, 150-200 qram tərəvəz olmalıdır. Artıq çəki uşaqda əsəb gərginliyi yaradır, bronxlarla əlaqədar xəstəliklərə səbəb də artıq çəki və piylənmədir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1021   Tarix: 28 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari