Arzuolunmaz hamiləliyin qarşısı belə alına bilər

Arzuolunmaz hamiləliyin qarşısı belə alına bilər2023-cü ildə Azərbaycanda ana ölümlərinin səviyyəsi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Bununla yanaşı hamilə qadınlar anemiya, qan dövranı sisteminin xəstəlikləri, proteinuriya, ödemlər və hipertenziv halları, cinsi yolla keçən və digər bu kimi səbəblərdən ümumilikdə 101 248 hamilə qadın xəstələnib və hamiləliyi riskli keçib.
Ekspertlər deyir ki, bu cür xəstəliklərin əsas səbəblərindən biri arzuolunmaz hamiləliklərin vaxtında qarşısının alınmamasıdır. Arzuolunmaz hamiləliklər və ailə planlaşdırılmasının düzgün aparılmaması fərdi problemlərlə yanaşı cəmiyyət səviyyəsində də bir sıra ciddi problemlər yaradır. Bura sağlamlıq, sosial, iqtisadi və psixoloji aspektləri əhatə edən problemləri misal göstərmək olar. 
Ailə planlaşdırılmasının düzgün aparılmaması bir sıra hallarda ananın və övladın ölümü ilə də nəticələnir. Belə ki, hamiləliyə tibbi cəhətdən hazır olmayan qadınlarda (xüsusilə gənc yaşda və ya 35 yaşdan sonra) ana və uşaq ölüm riskini artır. 
Ölkəmizdə bir çox ailələr arzuolunmaz hamiləliklərin qarşısını abortlarla almağa çalışır. Belə ki, ölkə üzrə abortların sayı 2021 ci ildə 46 877, 2022 ci ildə 57 999, 2023 cü ildə isə 73 816 olub. 15 49 yaşlı hər 1 000 qadına düşən abortların sayı 27,9 olub. Lakin bu da öz-özlüyündə ciddi fəsadlar törədir. Təhlükəsiz olmayan abortlar ağır qanaxma, infeksiya, sonsuzluq və hətta ölümlə nəticələnə bilər. Bu həmçinin depressiya, stres və post-travmatik stres pozuntusuna (PTSP) səbəb ola bilər. Qısa doğuş intervalları və ardıcıl hamiləliklər nəticəsində isə yenidoğulmuşlar zəif çəki, vaxtından əvvəl doğuş və inkişaf geriliyi ilə doğula bilərlər.
Həmçinin bu prosesin tənzimlənməməsi sosial, iqtisadi və uşaqlar üçün problemlər yaradır.
Maddi və emosional olaraq hazır olmadan dünyaya gələn uşaqlar ailədaxili gərginlik və münaqişələrə səbəb ola bilər. Yeniyetmə yaşda olan hamiləliklər qızların təhsilini yarımçıq qoymasına və sosial həyatdan uzaqlaşmasına səbəb olur. Ailə planlaşdırması olmayan cəmiyyətlərdə qadınlar arzuolunmaz hamiləliklər səbəbindən zorakılığa məruz qala bilər.
Bu cür doğuşlar, həm də ailənin iqtisadi vəziyyətini çətinləşdirir. Ailə daha çox uşağa baxmaq məcburiyyətində qalır, bu da gəlir azlığına səbəb ola bilər. Həmçinin bu səhiyyə sisteminə əlavə yük yaradır və dövlətin sosial yardım xərclərini artırır.
Ailə planlaşdırması olmayan ailələrdə böyüyən uşaqlar yetərli təhsil, qidalanma və diqqət ala bilmirlər. Valideyn qayğısı və nəzarəti çatışmayan uşaqlar gələcəkdə sosial uyğunsuzluq və cinayətkarlığa meylli ola bilərlər.
Modern.az-a açıqlamasında arzuolunmaz hamiləliklərin qarşısını almaq üçün reproduktiv sağlamlığın və cəmiyyətin bunu qəbul etməsinin önəmindən danışan sosioloq Lalə Mehralı bildirib ki, reproduktiv sağlamlıq ən birinci cinsi tərbiydir.
"Reproduktiv sağlamlıq bizim bütün həyatımız boyu  fiziki, psixoloji, sosial rifahımız deməkdir. Bu elə bir sistemdir ki, özündə nəinki cinsi tərbiyəni, eləcə də cinsi sağlamlığı qorumağı, yoluxucu xəstəliklərlə mübarizəni, cinsi savdlılığı ehtiva edir. Ümumi sağlamlıq da şərtdir təbii, lakin reproduktiv sağlamlığın qorunması həm də sağlam nəsil, sağlam ailə və sağlam gələcək deməkdir", - o qeyd edib.
Sosioloq planlaşdırılmış ailə və planlaşdırılmış hamiləliyin daha sağlam bir nəsilartırma ilə ailənin rifahını artırdığını vurğulayıb:
"Siz bu sayədə istədiyiniz zaman övlad sahibi ola bilirsiniz, üstəlik ən yaxşı şərtlərdə və ən sağlam vəziyyətdə bunu edirsiniz. Reprodiktiv bilik sayəsində ailədə uşaqların sayı valideynlərin istəyi, həyat tərzi, təhsili və maddi imkanlarına uyğun planlaşdırılır. Bu da təbii olaraq uşaqların daha sağlam və rifahı yüksək ailədə böyüməsinə xidmət edir". 
O qeyd edib ki, əgər reprodiktiv sağlamlıq təmin olunmasa bu həm ailənin, həm cəmiyyətin, həm də dövlətin rifahına təsir edir.
"Doğrudur, daha çox nəsilartırmanın, çoxuşaqlılığın tərəfdarıyıq, lakin əgər şərtlər imkan vermirsə, uyğun şərait yoxdursa planlaşdıraraq nəsil artırmaq lazımdır. Uşaqlara daha yaxşı həyat, daha yaxşı təhsil verə bilmək üçün bu şərtdir"- deyə sosioloq sonda qeyd edib.
Tibb üzrə mütəxəssislər bildirir ki, ailə planlaşdırmasının düzgün aparılmasının və arzulonmaz hamiləliklərin qarşısını alınmasının bir sıra üsulu var. 
1. Təbiətə və ya digər adı ilə insan bədəninə əsaslanan üsullar - Qadının menstrual dövrünə əsaslanaraq məhsuldar günləri müəyyən etmək. Yumurtlama zamanı bədən temperaturundakı dəyişiklikləri izləmək. Yumurtlama dövründə servikal mayenin vəziyyətini izləmək.
2. Məhsuldarlığın müvəqqəti qarşısını alan üsullar -   Hormonal kontraseptivlər - Həblər, iynələr, implantlar və hormonal spiral (IUD). Barrier üsulları - Prezervativ, diafraqma və spermisidlər (sperma öldürücü gellər). İntrauterin cihazlar (IUD) - Hormonal və ya mis spiral.  Fövqəladə kontraseptivlər - Qorunmasız cinsi əlaqədən sonra hamiləliyin qarşısını almaq üçün istifadə edilən "səhərdən sonra həbləri".
3. Daimi üsullar - Sterilizasiya, kişilərdə vasektomiya, qadınlarda isə boru bağlanması (Fallop borularının bağlanması)
4. Təhsil və maarifləndirmə üsulu -  Cəmiyyət arasında reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında biliklərin artırılması, yeniyetmələr və gənclər üçün xüsusi maarifləndirmə proqramları, ailələrin reproduktiv sağlamlığa dair peşəkar tibbi məsləhət alması.
Milli.Az

Xəbərlər     Baxılıb: 1507   Tarix: 09 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

turlar.az

reseptler sac duzumleri qadin sayti 2026 ayaqqabı modelləri xalq mahnilari sozleri ayaqqabi ve cantalar şir bürcü kosmetika hakista sozler qız bürcü veten seirleri novruza aid hakistalar haxista