Asiyalıların həmişə arıq olmasının - 1 0 səbəbi

Asiyalıların həmişə arıq olmasının - 1 0 səbəbiStatistikaya görə, asiyalılar yer üzündəki ən arıq insanlardır. Bunun genetik olduğunu düşünənlər böyük əksəriyyət təşkil edir. Əslində isə bu qismən doğrudur.
Asiya insanlarının hansı özəllikləri bu qədər arıq və formada qalmaqlarına təsir edir?
1. Qidaya münasibət
Yeməyin keyfiyyəti və miqdarı ilə yanaşı, onlarla davranışımız da orqanizmə önəmli təsir göstərir. Müasir dövrdə yemək təbii ehtiyacdan daha artıqdır. Demək olar ki, yemək fiziki əyləncənin bir hissəsi hesab olunur. Gəzinti, təbiət qoynunda istirahət zamanı belə "atışdırmaqlıq" və ya "çörəkarası" qidalar, fast food əlimizin altında olmalıdır. Asiyalılarda isə belə deyil. Onlar yeməyi yalnız həyati ehtiyac vasitəsi olaraq görürlər və bunu fiziki əyləncəyə çevirmirlər.
2. Porsiya
Asiyalılar bir qayda olaraq, az miqdarda yeməyə üstünlük verirlər. Onlar bir çox təamların hər birindən bir miqdar eyni anda yeməyi xoşlayırlar. Tədqiqatlar da sübut edir ki, metobolizmanın sürətlənməsi üçün şirin, duzlu, acı təamları günlük norma daxilində eyni qaydada qəbul etmək lazımdır. Həmçinin, porsiyanın azaldılması arıqlamağa təsir edən ən effektiv üsuldur.
3. Bişirmə üsulları
Asiyalılar yeməklərini qızartmaq yerinə buxarda bişirmək və qaynatmağa üstünlük verirlər.
4. Konservləşdirilmiş qidalar
Miso şorbası, kimchi, natto, soya... Yalnız bir neçə özlərinə xas olanlardan başqa heç bir konservləşdirilmiş qidalardan istifadə etmirlər. Bu lakto-konserv edilmiş qidalar həm də təbii probiyotiklər hesab olunur. Onların qəbulu özəlliklə qarın nayihəsindəki yağları əritməyə kömək edir.
5. Dəniz məhsulları
Asiya mətbəxini dəniz məhsulları olmadan təsəvvür edə bilmərik. İmmun, ürək-damar sisteminin gücləndirilməsi ilə yanaşı, dəniz məhsullarının Omeqa 3 ilə zəngin olması metobolizmanın sürətli çalışmağına kömək edir.
6. Göyərti
Asiyalıların ikinci əvəzolunmazı tərəvəzlər, xüsusən də yaşıl tərəvəzlər və göyərti məhsullarıdır.
7. Soyuq su əvəzinə çay
Asiyalılar yeməklərini avropalılar və amerikalılar kimi soyuq su və ya qazlı içkilərlə deyil, yaşıl çayla qəbul edirlər. Soyuq su həzm prosesini zəiflətməklə bərabər, xüsusən də yağlı qidalarla birlikdə qəbul edildiyi zaman çəki artımına səbəb olur.
8. Desert və qəlyanaltılar
Asiyada un, yağdan hazırlanmış peçenye və keks əvəzinə düyü, dəniz yosunu, qırmızı lobya, həmçinin fıstıq və meyvəli qəlyanaltılardan daha çox istifadə edirlər.
9. Gəzmək
Doğrudur nə qədər qəribə olsa da, bu vərdiş onlarda birbaşa əhalinin sıxlığı ilə əlaqəlidir. Böyük şəhərlərdə yaşayan asiyalılar avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadəyə və piyada gəzməyə daha çox üstünlük verirlər.
10. İdman və meditasiya
Müasir tibbdə genetik faktorlardan çox xəstələrin hazırkı vəziyyəti üzərində işləyirlər. Ənənəvi Asiya təbabətində isə xəstəliklərin qarşısının alınması ilə yanaşı, genetik xəstəliklərin səbəblərinin aradan qaldırılmasına daha çox önəm verilir. Buna görə də meditasiya, yoga, Tai Chi kimi bir sıra təlimlər müəyyən xəstəliklərin, o cümlədən piylənmənin qarşısını almaq üçün istifadə olunur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1133   Tarix: 21 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar toy makiyajlari 2026 burcler yay paltarlari 2026 gəlinliklər bir yaşına qədər körpələrə qulluq kosmetika oglan evi qogal şəkərbura vətən haqqında atalar sözləri rus dili