Askarid qurdu insanda çox ciddi fəsadlar verə bilər
Askarid qurdu dünyada ən çox yayılmış helmintik qurddur. Qurdun uzunluğu 20-40 sm arasında dəyişir.
Yoluxma qurdun yumurtaları ilə (qida və su vasitəsi ilə) baş verir. Qurdun yumurtaları ətraf mühitdə uzun müddət qala bilir, buna görə də çirkli əllər və uşaqlar üçün oyuncaqlar, ev heyvanlarının tükləri birbaşa infeksiya mənbəyi sayılır.Yaxşı yuyulmamış meyvə-tərəvəzdən yoluxma hallarına da tez-tez rast gəlinir.
Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik olduğundan insan özü bilmədən buna yoluxur.
Bağırsağa düşmüş yumurtadan sürfələr çıxır, sürfələr qan dövranı ilə qaraciyərə, ağciyərə və bronxlara keçir. Sonra oradan ağız-udlaq boşluğuna qalxır və udularaq mədəyə və yenidən bağırsağa düşür. Bir sözlə, askaridin həyat dövrü bütün orqanizmdə getdiyindən insanın müxtəlif orqan və sistemlerdə ciddi fəsadlar verə bilir!
Askaridiozun əlamətləri:
- qarında sancılar (xüsusən göbək ətrafı ). Ağrılar birdən-birə başladığı kimi birdən-birə də keçir, yəni epizodik xarakter daşıyır.
- iştahanın pozulması
- ürəkbulanma, ağız suyunun axması
- bağırsağın pozulması (ishal, yaxud qəbzlik halları)
- immunitetin zəifləməsi (tez-tez soyuqdəymə halları)
- anemiya (qanazlığı)
- allergik əlamətlər
- nevrotik əlamətlər
Öz şəxsi praktikamda askaridin çox ciddi psixonevroloji pozulmaya, yaddaş pozğunluğuna, yuxusuzluğa yol açdığının şahidi olmuşam. Bunun səbəbi həmin qurdun ekzotoksinlərinin (ifrazat məhsullarının) insanın mərkəzi sinir sisteminə zədələyici təsiridir.
Həzm sisteminə mənfi təsiri isə bağırsağın selikli qişasında həssaslıq yaratma və selikli qişaya qansızma şəklində özünü göstərə bilir. Daha ağır xəstələrdə bağırsaqda olan çoxsaylı qurdlar topa şəklində tıxanıqlıq ( Bağırsaq keçməməzliyi ) yarada bilir. Bu isə artıq əməliyyata göstəriş ola bilər!
Milli.Az









Hakışta
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Gözümüzü məhv edə biləcək eynəklər var
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
Uzun müddət oturmaq ölüm riskini artırır
Arıqlamağa mane olan 3 böyük səhv