Aspir yağının faydaları

Aspir yağının faydalarıAspir yağı açıq sarı və ya sarının yaşıla çaları rəngində olur. Onu rəngli aspir çiçəyi toxumlarının sıxılması yolu ilə əldə edirlər. Bu çiçək astrakimilər fəsiləsinə aiddir və yayın sonlarında və payızın əvvəlləırində çiçək açır. Bu çiçəyə ən çox Krım, Qafqaz, Misir, İspaniya, Amerika və Afrikada rast gəlinir. Onun çiçəklərindən alınan rəngdən ən çox qida sənayesində karamellərin hazırlanması üçün istifadə edilir. Ən keyfiyyətli aspir yağı soyuq sıxılma vasitə ilə əldə edilmiş aspir yağı hesab edilir. Aspir çiçəyindən iki növ yağ əldə edilir. Birinci növ yağ təmizlənməmiş aspir toxumlarından əldə edilir. Bu yağdan texniki vasitələr üçün istifadə edilir. İkinci növ aspir yağı isə tam təmizlənmiş aspir toxumlarından əldə edilir. Bu yağ kulinariya sənayesində bir çox məqsədlərlə istifadə olunur. Tərkibinin günəbaxan yağının tərkibinə yaxın olduğu üçün güəbaxan yağının istifadə edildiyi bütün sahələrdə aspir yağından istifadə olunur.
Faydalı tərkibi
Aspir yağının əsas tərkibini linolen turşusu təşkil edir.Bu yağın az hissəsi E vitamini, palmit və olein yağından ibarətdir. Bu bitki tərkibli yağın tərkibində K vitamini vardır ki, bu da damar divarlarının möhkəmliyi üçün vacib amillərdən sayılır. Aspir yağının tərkibində skvalen yoxdur.
Müalicəvi və faydalı xüsusiyyətləri
Aspir yağının tərkibi əvəzolunmaz turşular və elementlərlə zəngindir. O dərinin epidermis qatından asan sorulur. Tərkibində olan K vitamini kapilyar damarların möhkəmlənməsinə, kapilyarlarda baş verən qanslzmaların qarşısının alınmasına səbəb olur. Gündəlik qida rasionuna aspir yağı əlavə etmək orqanizmin arıqlamasına, qan damarlarının təmizlənməsinə, ürəyin möhkəmlənməsinə, saçların və dərinin strukturunun sağlamlaşmasına səbəb olur. Aspir yağı şəkərli diabet xəstələrinin artıq çəkidən xilas olmasına səbəb olur. Bu yağdan istifadə etmək onların qanında şəkərin miqdarını normallaşdırır. II tip şəkərli diabet xəstələri 4 ay, gün ərzində 8 qram aspir yağı yedikdə onların qanında şəkərin miqdarı aşağı düşür və orqanizmdə baş verən iltihabi proseslər aradan qalxır. Qədim zamanlarda aspir yağından qan dövranının pozulmaları zamanı istifadə edilib. Bu yağ qan laxtalanmasının azalmasına, qan dövranının yaxşılaşmasına səbəb olur. Aybaşı gecikmələri, travmalar və hamiləliyin planlı surətdə pozulması üçün qədimdə aspir yağından istifadə olunub. Buna görə də hamilələrə aspir yağı yemək qəti qadağan olunur.
Aspir yağı əvəzolunmaz dietik yağlardandır. O orqanizmdə yığılıb qalmış piy toxumalarının əriməsinə səbəb olur. Onun tərkibində olan K vitamini qırmızı qan hüceyrələrinin artmasına səbəb olur. Aspir yağının tərkibində zülallar və karbohidratlar yoxdur. O ən az karbohidratlı yağlardandır. Bu səbəblərinə görə aspir yağı son illərin ən məşhur yağlarındandır. Arıqlamaq istəyənlər qida rasionlarına aspir yağı əlavə etməklə çəkilərini azalda bilərlər. Hər gün az miqdarda aspir yağı yemək orqanizmdə yığılıb qalmış piylərin əriməsinə və çəkinin azalmasına səbəb olur. Aspir dietası ilə qısa zamanda artıq piylərdən xilas olmaq mümkündür.
Kosmetologiyada tətbiqi
Tərkibində olan E vitamini quru dərinin yumşalmasına səbəb olur. Ondan qocalma əleyhinə quru dərilər üçün kremlərin hazırlanmasında istifadə edilir. Aspir yağı dəridəki ölü toxumaların xaric olunmasını sürətləndirir, yeni toxumaların əmələ gəlməsinə səbəb olur. O dərini cavanlaşdırır, dərialtı kapilyarların fəaliyyəıtini artırır, dəridəki piy vəzlərinin fəaliyyətini normsallaşdırır.
Aspir yağından losyonların, kremlərin, şampunların, gün kremlərinin hazırlanmasında geniş istifadə edilir.Tərkibində olan yarımdoymamış turşular saçların kimyəvi rənglənmədən sonra strukturunun bərpa olunmasına səbəb olur.
Aspir yağının zərərli xüsusiyyətləri
Aspir yağının tərkibindəkilər orqanizmə zərər verə bilir. Ondan az miqdarda istifadə etmək lazımdır. Aspir yağından istifadə etdikdə baş hərlənməsi, ürəkbulanma, baş ağrıları və iştahsızlıq meydana çıxa bilər. Çoxlu miqdarda aspir yağı qəbul etmək qarın və döş boşluğunda ağrıların meydana çıxmasına, təngnəfəsliyə, qan azlığına, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Hamiləlik zamanı aspir yağından istifadə etmək məsləhət görülmür. Bu uşaqlığa qan axınının çoxalmasına və uşaqsalmaya səbəb ola bilər.

XANIM.AZ

Sağlamlıq     Baxılıb: 2101   Tarix: 02 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

adlarin menasi hamiləlik qadin sayti turşu resepti qas qalinlasmasi ucun maskalar arıqlama vasitələri uzdeki qara noqteler kosmetika englishdilində qulaq sağlamlıq usaq seirleri qaynana zəhmət