Aspirin ürəyə zərər verirmi?

Aspirin ürəyə zərər verirmi?Almaniyanın "Bild" qəzetində aspirin (asetilsalisil turşusu) preparatının ürəyə təsiri ilə bağlı yazı dərc olunub.
Milli.Az novator.az-a istinədən bildirir ki, alimlər aspirinin bəzi pasiyentlər üçün zərərli ola biləcəyi qənaətinə gəliblər. Mütəxəssislər preparatın müəyyən xəstəlikləri olan adamlarda ürək çatışmazlığı yaradacağından şübhələnirlər. Ancaq alimlər deyirlər ki, risk qrupuna daxil olmayan pasiyent aspirinin qəbulundan imtina etməməli, istənilən halda həkimlə məsləhətləşməlidir.
Yazıda vurğulanır ki, aspirin ürək-damar xəstəliklərinin müalicəsində ən çox istifadə olunan dərmandır. Ancaq bu yaxınlarda alimlərdə şəkərli diabetdən, piylənmədən əziyyət çəkən, habelə qanında xolesterinin səviyyəsi yüksək olan xəstələrə aspirinin faydası məsələsində şübhələr yaranıb.
Tədqiqatın ilkin nəticələri göstərib ki, aspirindən uzun müddət istifadə edən insanların 26 faizi xroniki ürək çatışmazlığı riski ilə üzləşə bilər.
Löven Katolik Universitetindəki alimlər qrupu 12 ölkədən 30 min 827 pasiyentin müayinəsinin nəticələrini təhlil edib. Yaşı 40-dan yuxarı olan həmin şəxslərin hər biri artıq çəki, yüksək qan təzyiqi, şəkərli diabet və nikotin asılılığı kimi xəstəliklərin ən azı birindən ciddi əziyyət çəkib. Araşdırmaya cəlb edilən 30 min 827 pasiyentin dörddə biri davamlı olaraq aspirin qəbul edən pasiyentlər olub.
Alimlər 5 il ərzində tədqiqata cəlb etdikləri 30 min 827 nəfərin hamısının vəziyyətini izləyiblər. 1330 nəfərdə ürək xəstəliyinin getdikcə pisləşib ürək çatışmazlığına çevrildiyi müşahidə edilib. Ürək çatışmazlığı əmələ gələn pasiyentlərin 26 faizi müntəzəm şəkildə aspirin qəbul edən adamlar olub.
Alimlər düşünürlər ki, ürəyində çatışmazlıq əmələ gələn pasiyentlərin heç də hamısı yox, hətta yarısı da yox, yalnız 26 faizi müntəzəm aspirin qəbul edən olsa da, istənilən halda bu dərmanla ürək çatışmazlığı riski arasında əlaqədən şübhələnməyə dəyər. Bu şübhəyə rəvac verən faktorlardan biri də odur ki, əvvəl ürək xəstəliyi olmayan, müntəzəm aspirin qəbul edən pasiyentlərin də bəzisinin ürəyində problemlərin baş qaldırdığı müşahidə edilib. Ona görə alimlər hesab edirlər ki, artıq çəki, yüksək qan təzyiqi, şəkərli diabet və nikotin asılılığı kimi xəstəliklərin ən azı birindən ciddi əziyyət çəkən, bu kimi faktorların yalnız biri üzrə də olsa risk qrupundan sayılan pasiyent müntəzəm aspirin qəbul edirsə, ehtiyatlı davranmalı, həkimi ilə məsələhətləşməlidir.
Mütəxəssislər hesab edirlər ki, tədqiqatın nəticələri aspirinin profilaktik məqsədlər üçün istifadəsinin şərtlərinə yenidən baxılmasına da gətirib çıxara bilər. Ancaq onlar hələ tələsməməyi tövsiyə edir, vurğulayırlar ki, əldə etdikləri nəticələri tam təsdiqləyə bilmək üçün risk qrupuna daxil olan pasiyentlər üzərində daha geniş kliniki tədqiqatlara ehtiyac var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 996   Tarix: 24 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gelinlikler aksessuarlar toy gecesi boşanmalar moda xəbərləri badimcan murebbesi hazirlanmasi xına bəzəkləri kosmetika insan gulmeli hakista hakışdalar dieta uşaq nece olur