Astroloji proqnoz - 01 sentyabr

Astroloji proqnoz - 01 sentyabrQoç - problemlərin həllinə yaradıcı yanaşın. Yaxın ətrafınızdakı insanların sizi dəstəkləməyəcəklərinə hazır olun. Sərt tənqidlər eşidəcəksiniz. İrad və tənqidlərə aqressiv reaksiya nümayiş etdirməyin. Belə davransanız, münaqişə və qarşıdurmalar yarana bilər.

Buğa - düşünülməmiş addımlar atmayın. Əsas məsələ emosional müvazinətdir. Nikbin və qətiyyətli olsanız, uğur əldə edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Əkizlər - yerinə yetirilməsi ilə bağlı azacıq şübhənizin olduğu öhdəliklərə boyun olmayın. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və sənədlərin imzalanması məsləhət deyil. Texnoloji fəaliyyətlə məşğulsunuzsa, gün uğurlu olacaq.

Xərçəng - hüquq-mühafizə orqanları və əmlak məsələlərini tənzimləyən qurumlardan birinin təmsilçisi ilə ünsiyyətdə olacaqsınız. Münasibətlər gərginləşəcək. Yaxın ətrafınızdakı insanlarla münaqişə etməmək üçün ehtiyatlı və səbrli davranmalısınız. Mənfi emosiyalarınıza nəzarət edin. Axşam saatlarını dostlarla keçirin.

Şir - məsləhətlərə qulaq asın. Deyilənləri dinləsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyiş və mövcud problemlərin çözülməsi ilə bağlı həll variantlarını aşkarlaya bilərsiniz. Günün ilk yarısında həddən artıq intensiv zəhmət tələb edən iş olacaq.

Qız - müzakirələrdə opponentlərinizi üstələyə bilərsiniz. Mübahisələrdə aqressivlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. İnsanların gur olduqları yerlərə yollanmayın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Səhhətinizin qeydinə qalın, rasiona fikir verin.

Tərəzi - zərərli vərdişlərdən birindən yaxa qurtarmaq üçün əlverişli zamandır. Pəhrizə başlamaq, qidalanma sistemini nizamlamaq olar. İdmanla məşğul olmağa başlaya bilərsiniz.

Əqrəb - maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Günün ikinci yarısında isə yaxınlarınızdan birinin sizə iradları olacaq. Emosional davranmayın, təmkinli olun və belədə münaqişəyə yol verməyəcəksiniz. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Sağlamlıqla bağlı kiçik problem istisna deyil.

Oxatan - uğurlu gündür. Planlarınızdan birini sürətlə reallaşdıra bilərsiniz. Qəfil hədiyyə, təklif və ya sifariş istisna deyil. Yeni dostlar tapa bilərsiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, kreativ davranın.

Oğlaq - yaxın ətrafınızda olan insanlara təsir edin. Situasiyadan yararlanaraq görüş planlaşdırın, münaqişəni çözməyə, anlaşılmazlığı aradan qaldırmağa çalışın. Axşam saatlarında eqoizmə yer olmamalıdır.

Dolça - karyeranız üçün əlverişli zamandır. Humanitar sahədə fəaliyyət göstərirsinizsə, çoxdankı planlardan birini gerçəkləşdirə bilərsiniz. Özünüzdən bədgüman olmayın. İmprovizə edin, şəraitdən asılı olaraq planlara dəyişikliklər edin.

Balıqlar - önəmli görüş zamanı sayıq və diqqətli olun. Axşam saatlarında əhvalınız pisləşə bilər. Orqanizminizin qeydinə qalın. Normal istirahət etməyə çalışın. Alış-veriş etmək olar.
Milli.Az

Maraqlı     Baxılıb: 2898   Tarix: 01 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek toy makiyajlari qis geyimləri 2026 sevinc tofiqqızı yuxu pozğunluğu zaur baxşəliyev qizliq perdesinin berpasi kosmetika azerbaycan hesaplama novruz novruz bayramına aid hakıştalar hamilelik