Astroloji proqnoz - 03 dekabr

Astroloji proqnoz - 03 dekabrQoç - qeyri-adi gündür. Başqalarının gözünə kül üfürməyi bacaranlar çox irəli gedəcəklər. Əksəriyyət hamının şıltaq olduğu qənaətinə gələcək. Ən xırda sərtlik insanların qəlbini incidir.
Başınızı, ən əsası isə - qəlbinizi itirməyin.

Buğa - əlçatmaz bir arzuya doğru inamla qaçırsınız. Hətta bilirsiniz ki, nə qədər barmaqlarınız üstə dayanmağa çalışsanız da, indi istədiyinizə toxunmaq belə mümkün deyil. Amma bu, sizin inadınızı qırmır. Sevdiyiniz adamlara inanın. Bu gün məhz siz münasibətləri tənzimləyirsiniz. Son zamanlar fikir ayrılığı səbəbindən aranızın soyuduğu insanlarla da münasibətləri düzəltməyə nail olacaqsınız.

Əkizlər - sakit gündür. Heç bir improvizə etmədən əvvəlcədən hazırladıqları plan üzrə hərəkət edənlər üçün çox məhsuldar olacaq. İntuisiya səhvə aparır, yelbeyinlik və xudpəsəndlik düzəldilməsi çətin şəraitlər yaradır. Pulla bağlı sövdələşmələr aparmağa dəyməz.

Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.

Şir - bu gün çoxlu danışıqlar və müzakirələrlə yadda qalacaq. Əksəriyyət çətin sualların cavabını axtarmağa çalışır. Hətta ən düzgün insanlar bu gün azca da olsa, hiyləgərlik işlətməyə çalışacaqlar. Günün ikinci yarısı isə məsuliyyət hissi itəcək. Səfərə, özü də təklikdə, çıxmayın.

Qız - başınız özünüzə elə qarışıb ki, başqalarının problemlərini görmürsünüz. Eyni zamanda bu, başqalarında sizin eqoist olduğunuz qənaətini yaratmayacaq. Təhlükə başqa yerdən gəlir. Sizə yarınmağa çalışanların, etimadınızı qazanmaq istəyənlərin əsl məqsədi nədir? Bax bu barədə düşünməyə dəyər. Dilinizi dinc saxlamağa çalışın, sərt zarafatlarınız kimisə əyləndirə bilər, amma onları eşidənlər arasında qəlbi qırılanların sayı daha çox olacaq.

Tərəzi - babat gündür, dözmək olar. Hərdən narahatlıq keçirəcəksiniz, amma bunların heç biri ciddi səbəbdən qaynaqlanmır. Planlaşdırdıqlarınızın öhdəsindən asanlıqla gələcəksiniz. Məlahətiniz ətrafdakıların gözünü qamaşdırır. Münasibətlərinizdə diqqətli olun, bugünkü seçiminiz çox yanlış ola bilər. Köhnə dostlarınızı unutmayın. Onlar çətin anda sizi dəstəkləyəcək və darıxmağa qoymayacaqlar.

Əqrəb - çox şey istəyirsiniz. Amma nəyə daha çox can atsanız, onu da əldə edəcəksiniz. Gözlənilmədən müttəfiqləriniz peyda olacaq, başqalarının təcrübələrinə güvənin, yalnız öyrənmək xatirinə səhv etmək lazım deyil. Şəxsi zəmində xoşagəlməzliklər, sarsıntılar ola bilər. Tanımadığınız və məqsədləri qaranlıq olan adamların işlərinizə burun soxmasına izin verməyin.

Oxatan - bu günə çox ümid olmayın. O, xoş keçsə də, həyatınızda nəyisə köklü surətdə dəyişməyə qadir deyil. Boş xəyallar qurmayın. Səyahətə çıxmaq, imicinizdə, interyerinizdə nəyisə dəyişmək də kefinizi açmayacaq. Bilirsiniz niyə? - Çünki bütün bunlar özünüzdən, hisslərinizdən qaçmağınız üçün bir səbəbdir. Çox özünüzə qapılmayın. Ancaq düşünüb-daşınmağa dəyər.

Oğlaq - uğura arxayın olmayın, bu gün hər şeyi öz zəhmətiniz və inadınız bahasına əldə edəcəksiniz. Rəhbərliklə, rəsmilərlə münaqişəniz ola bilər. Siz çox sərbəstsiz, hərdən dözülməz dərəcədə. Çoxları isə bunu intizamsızlıq, yelbeyinlik, məsuliyyətsizlik kimi qəbul edir. Bu gün investisiya yatırmağa dəyməz, ziyana düşərsiniz. Yaxınlarınıza diqqət ayırın. Bir az romantik olun, gəzintiyə çıxın. Bir çox Oğlaqlar bu gün hisslərini etiraf etməkdə çox cəsarətli olacaqlar. Əla! Peşman olmayacaqsınız.

Dolça - düşünməyin ki, bütün dünya sizin əleyhinizə qalxıb. Tezliklə hər şey düzələcək. Maliyyə işlərində ehtiyatlı olun. Sizin üçün vacib olan layihələrin taleyini tanımadığınız insanlara həvalə etməyin. Nüfuzlu şəxslərdən kömək gözləməyin. Təəssüf ki, şəxsi həyatınızda da çətinliklər var. Xüsusilə gənc Dolçalar üçün. Bunun bircə çıxış yolu var - olanları yaxşıca analiz etmək.

Balıqlar - çox ləngsiniz. Əslində, bu, elə də pis deyil, sadəcə, ətrafınızdakılar sizi daim tələsdirməyə çalışacaqlar. Hər şeyi zarafata çevirsəniz də, səbrinizin tükənməsi ehtimalı var. Unutmayın ki, bu gün bitəcək. Pis davrandığınız insanlar isə yanınızda qalsalar da, qəlbləri qırılacaq. Odur ki, əsəblərinizi cilovlayın.

Maraqlı     Baxılıb: 2321   Tarix: 03 dekabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

turlar.az

geyim şəkilləri geyim dəbləri qis geyimləri 2026 aşıq psixologiya sepkilere qarsi mualice şirniyyat resepti kosmetika seksler novruza aid hakışta hesaplama qiz evi haxista big.az