Astroloji proqnoz - 04 avqust

Astroloji proqnoz - 04 avqustQoç - sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər.

Buğa - yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.

Əkizlər - işləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın.

Xərçəng - köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.

Şir - istənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək.

Qız - həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Qızlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.

Tərəzi - yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır.

Əqrəb - sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.

Oxatan - vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin.

Oğlaq - bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Oğlaqlar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.

Dolça - aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.

Balıqlar - sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir.
Milli.Az

Maraqlı     Baxılıb: 2932   Tarix: 04 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

turlar.az

makiyaj etmek qaydalari makiyaj instagram qadin dunyasi qadın xəyanət duru yeməklər qadinlarda cinsi isteksizlik aksesuar kosmetika kahfe fali heyati cantalar xeyanet vətənə aid atalar sözləri