Astroloji proqnoz - 10 fevral

Astroloji proqnoz - 10 fevralQoç - Çətin və mürəkkəb gündür. Problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. İşlərin hər hansı biri məcrasından çıxarsa, təşvişə qapılmayın, ruhdan düşməyin. Çevik və qıvraq olun, ətrafınızdakı insanları heyrətləndirin. Sizi nümunə sayanlar var. Ən mühüm məsələləri həll etmək olar. Onların çözümünü tapacaqsınız.

Buğa - Mühüm danışıqlar üçün münasib gündür. Maraqlarınızı asanlıqla müdafiə edirsiniz, sizə kimsə mane ola bilmir. Yaxın ətrafınızdakı insanların fikirlərini qulaqardına vurmayın. Ağıllı məsləhətlərə qulaq asın. Toplantı, konfrans, seminarlara qatılmaq, peşəkar fəaliyyət baxımından faydalı tanışlıqlara nail olmaq mümkündür.

Əkizlər - Çətin gün olsa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Fəal olun, məqsədə doğru qətiyyətlə irəliləyin. Nigaranlıq yarada biləcək məlumat və ya informasiyanın alınması istisna deyil. Köhnə dostlar və ya yaxın qohumlarla məsləhətləşin. Onlar dürüst qərar verməyə yardım edəcəklər.

Xərçəng - Pərişanlıq və ciddi uğursuzluqla qarşılaşmamaq üçün maksimum dərəcədə diqqətli olun. Problemlərin səbəblərini müəyyənləşdirin, onları aradan qaldırmağa səy göstərin. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Günün ikinci yarısında intuisiyanıza güvənsəniz, bilavasitə maliyyə məsələləri ilə bağlı işlərdə bəxtiniz gətirəcək.

Şir - Gəlir, qiymətli hədiyyə istisna deyil. Alış-veriş üçün əlverişli gündür. Sizin üçün önəmli insanlarla axşam saatlarında görüş ola bilər. Yaxşı görünməyə çalışın.

Qız - Maliyyə çətinlikləri ola bilər. Borc pul vermək olmaz, çünki bu pulları sonra sizə qaytarmayacaqlar. Sizdən çox yaşlı insanla hansısa iş barədə danışmayın. Axşam saatları travma risklidir. İti alətlərlə və texnika ilə ehtiyatlı olun.

Tərəzi - Maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.

Əqrəb - Gün ərzində yaranacaq problemlərin öhdəsindən sürətlə gələ bilməyəcəksiniz. Çətin situasiyaya düşmüş insanlara yardım etməyi unutmayın. İşgüzar danışıqlar aparmaq, gələcəklə bağlı planları müzakirə etmək üçün əlverişli gündür. Müttəfiqlərlə fikir ayrılıqları yaransa belə, diskussiyanı konstruktiv məcraya yönəldin, münaqişə yaranmasına imkan verməyin.

Oxatan - Qəfil sürpriz, gözlənilməz hədiyyə, xoş təsadüf ola bilər. Gerçəkdən də, mühüm işdə irəliləyişə və uğura nail olmaq üçün çox çalışmalısınız. İşdən qorxmasanız, fəal olsanız, gün məhsuldar keçəcək.

Oğlaq - O qədər də uğurlu olmayan gündür. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmir. Əsəbi, sinirli olmayın. Ətrafınızdakı insanlara qarşı izafi tələblərlə çıxış etməyin. Onları sərt tənqidlərə məruz qoymayın. Günün ikinci yarısında qərar və sözlərinizi çoxları anlamayacaqlar. Emosional davranmayın.

Dolça - Yeni işlərə həvəslə başlaya bilərsiniz. Əvvəl başladığınız işləri isə səbrlə çalışaraq tamamlayın. İşdə həmkarlar, müttəfiqlər və həmfikirlərlə ixtilaflar yarana bilər. Mübahisə və boş söhbətlərə sərf etdiyiniz zamandan faydalı işlər üçün yararlanmaq olar.

Balıqlar - Uğurlu, düşərli gündür. Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün əlverişli zamandır. Əslində, improvizasiyalar da pis olmayacaq. Hansı istiqamətə getməyin gərəkdiyi barədə intuisiyanız sizə məlumat verəcək. Günün ikinci yarısında mürəkkəb və qarışıq münasibətlərdə çözümə nail olmaq, yaxın ətrafınızdakı insanların özlərini rahat hiss etmələri üçün şərait yaratmaq olar./Milli.Az/

Maraqlı     Baxılıb: 2249   Tarix: 10 fevral 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geyim necə seçməli donlar 2026 yay geyimləri 2026 moda lüğəti viktoriya sekret dil haqqinda atalar sozu bitki dərmanları kosmetika hakışta usaq geyimleri hakışda faydalı maskalar qız bürcü