Astroloji proqnoz - 10 yanvar

Astroloji proqnoz - 10 yanvarQoç - Əsas probleminiz sanki başınıza göydən ələnən mənfi emosiyalardır. Bu zaman nəyin vacib, nəyin ikinci dərəcəli olduğunu təyin etmək çətin olur. Hər işi atıb, bütün dünyaya küsüb oturmaq istəyirsiniz. Bu istəyiniz o qədər güclüdür ki, ona müqavimət göstərməyə cəhd etmirsiniz.

Buğa - Qeybət və şayiələrdən uzaq olun. Sizin onları eşitməyinizin, yaxud da yaymağınızın heç bir fərqi yoxdur, qayda qaydadır: yoxlanmamış məlumat həmişə problem yaradır. Sevgililər, ər-arvad arasında mübahisələr mümkündür. Səbəb isə insanların bir-birlərinə güvənməmələridir.

Əkizlər - Şərait tədricən sabitləşir. Problem və çətinliklər barədə düşünmədən daha xoş hadisələrə köklənə bilərsiniz. Yaradıcı potensialınız artır. İstənilən işin qulpundan həvəslə yapışırsınız. Dost və qohumlarınız böyük həvəslə sizə yardım edirlər.

Xərçəng - Sizin yaxşı keyfiyyətləriniz bu gün daha nəzərəçarpandır. Parlamaq, hamının rəğbətini qazanmaq, xoşunuza gələn birini əldə etmək şansınız var. Özünüzə inam, yeni-yeni qələbələrin dadı sizi ehtiyatsızlığa sürükləyir. Bu isə çox təhlükəlidir. Bəli, bu gün bəxtiniz gətirir, amma bunun da bir həddi var. Həmin həddi keçməyə çalışmayın.

Şir - Uğur qazanmağınıza bircə şey mane olur - diqqətinizi cəmləyə, ikinci dərəcəli məsələlərdən qopa bilmirsiniz. Məişət texnikası almaq üçün uğurlu gündür. Enerjiniz çoxdur, axşamadək yorulmayacaq və gözəl əhvalınızı qoruyub saxlaya biləcəksiniz.

Qız - Gün xoş görüşlər, maraqlı söhbətlər vəd edir. Gözlənilmədən sizə karyerada irəliləməyə, yaxud maliyyə məsələlərində uğurlar qazanmağa kömək edəcək insanlarla rastlaşa bilərsiniz. Bu gün həddən artıq cazibədar və məlahətlisiniz, bir çox Qızlar məhz bundan istifadə edərək nüfuzlu şəxslərin dəstəyini qazanmağa çalışacaqlar.

Tərəzi - Çətinliklər çox olacaq, amma neqativ tendensiyaların təsiri uzun sürməyəcək. Problemlərin məngənəsində qalanlar isə özləri bunu seçmiş olacaqlar. Əsas odur ki, başqalarının işlərinə qarışmayasınız. Əlbəttə, hamıya kömək etmək istəyi təqdirəlayiqdir. Ancaq bəzən insanlara sərbəst fəaliyyət göstərməyə imkan yaratmaq lazımdır. Üstəlik, heç sizin də bu işlər xoşunuza gəlmir.

Əqrəb - Əvvəllər vəd etdiyiniz sözləri yerinə yetirmək üçün xeyli zəhmət çəkməli olacaqsınız. Həm özünüzün, həm başqalarının işlərinə məsuliyyətlə yanaşır və bununla ətrafınızdakıların hörmətini qazanırsınız.

Oxatan - Gün xoş, maraqlı və faydalı məşğuliyyətlər üçün daha yaxşıdır. Yaradıcı potensialınız yüksəkdir, ağlınıza gələn ideyalar bir-birindən parlaqdır. Hansısa yeni, gələcəkdə böyük gəlir vəd edən layihənin başlanması mümkündür. Öz gücünüzə inanın, başqalarının da sizə inamı artacaq.

Oğlaq - Gün çox gözəl başlanır. Enerjiniz aşıb-daşır, ən vacibi - özünüzün haqlı olduğunuza dair inamınız güclüdür. Hamıya, o cümlədən özünüzə də sübut edəcəksiniz ki, çox şeyə qadirsiniz. Özünüzün gizli bacarıqlarınızı, istedadlarınızı kəşf edin. Hazırki şərait barədə bir qədər düşünsəniz, düzgün mülahizələr əldə edəcəksiniz.

Dolça - İmicinizdə dəyişikliklər etməkdən çəkinməyin, fantaziyalarınız nə qədər cəsarətlidirsə, xarici görünüşünüz bir o qədər diqqətçəkəndir. Bu gün heç bir daxili müqavimətlə rastlaşmadan stereotiplərdən yaxa qurtara bilərsiniz. Eyni zamanda əvvəllər buraxdığınız səhvləri düzəldə bilərsiniz. Anlaşılmayan səbəbdən özünüzə yaxın hesab etdiyiniz biriylə münasibətləriniz düzələcək.

Balıqlar - Necə davranmağınızdan bu gün çox şey asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər Balıqlar gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək tövsiyə olunur./milli.az/

Maraqlı     Baxılıb: 2445   Tarix: 10 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

turlar.az

qaşların formalari geyim şəkilləri hamiləlik gilasın faydası nermin ibrahimova bilik haqqinda atalar sozu buga burcu 2026 kosmetika novruz bayrami hakisda qurd ve quzu oyunlar klitor vətənə aid