Astroloji proqnoz - 11 yanvar

Astroloji proqnoz - 11 yanvarQoç - Maliyyə problemləri gözlənilir. Pulları düşünmədən xərcləməyiniz gələcəkdə problem yarada bilər. Əyləncələrdən və şübhəli işlərdən imtina edin. Sevgidə isə bəxtiniz gətirəcək. Xoş məqamdan istifadə edərək şəxsi həyatınıza düzən verməyə çalışın.

Buğa - Səhəriniz heç də pis açılmır. Əvvəlcədən qurduğunuz plana riayət edərək məqsədinizə doğru gedə bilirsiniz. Bədxahlarınız sizə mane olmağa çalışacaqlar, amma heç nəyə nail ola bilməyəcəklər: sizi saxlamaq çox müşküldür. İmicinizdə dəyişiklik edə, saç düzümünüzü, makiyaj stilinizi, yaxud qarderobunuzu dəyişə bilərsiniz.

Əkizlər - Nəinki ətrafdakılarla, heç özünüzlə də yola gedə bilmirsiniz. Bir qədər zəhmət çəkib öz fikirlərinizi, arzu və istəklərinizi, məqsədlərinizi qaydaya salın. Sevgilinizlə açıq söhbət bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək.

Xərçəng - Qeyri-formal ünsiyyət üçün münasib gündür. Bütün vacib məsələlərə insanların özlərini rahat hiss elədikləri yerlərdə - gəzinti zamanı, kafedə, hətta evdə, televizor seyr edərkən - aydınlıq gətirilir. Sizin maraqlarınızı bölüşən insanları, həmkarlarınızı evinizə dəvət edə bilərsiniz.

Şir - Havadan-sudan bəhs edən mövzularla başlanan söhbət tədricən müştərək layihələrin qızğın müzakirəsinə çevrilə bilər.
Hüquqi məsələlər bu gün daha ləng həll olunur. Sənədləşdirmədə, lazımi imzaların alınmasına çətinliklər yarana bilər. Sevgililər bu gün xoş anlar yaşayacaqlar, ailəlilər isə fikir ayrılıqlarını yenib, mübahisələrə son qoya biləcəklər.

Qız - Bu gün sizin üzüyolalığınız və güzəştə getməyiniz hamını dəfələrlə təəccübləndirəcək. Bu xüsusiyyətlər sizə uğur qazanmaqda kömək edəcək. Nüfuzlu şəxslərin rəğbətini qazana, rəhbərliyin sizə dəstək olacağına zəmanət ala bilərsiniz. Biznesmen Qızlar bu gün sərfəli sövdələşmələr edəcəklər. Uzun müddət düşmənçilik etdiyiniz şəxslərlə barışa bilərsiniz. Hətta ən qatı bədxahınız belə bu gün sizinlə mehriban davranacaq.

Tərəzi - Birmənalı gün deyil, özünüzü ora-bura vurursunuz. İşdə münaqişələr gözlənilir. Ağlınıza nə gəlir, ağına-bozuna baxmadan deyirsiniz. Nə nüfuzlu insanlardan çəkinir, nə də nəticələr barədə düşünürsünüz. Onlar isə özlərini çox gözlətməyəcək.

Əqrəb - Xoş tendensiyaların təsiri insanları daha inadcıl, qərarlı və məqsədyönlü edir, çətinliklərə müqavimət göstərməyə imkan yaradır. Günün ikinci yarısı maraqları və dünyaya baxışları ortaq olan insanlar arasında qarşılıqlı anlaşma əldə etmək elə də çətin olmayacaq.

Oxatan - Günün başlanğıcı o qədər də xoş olmayacaq. Çətinliklər və münaqişələr gözlənilir. Qarmaqarışıqlıq səbəbindən şərait barədə dolğun təsəvvür əldə etmək, düzgün qərarlar vermək çətindir. Gün ərzində, çalışın, sənədlərlə iş aparmayasınız, hesabat hazırlamaq və sənədlərə imza atmaqdan da çəkinin. Zərgər dəqiqliyi tələb edən işlərə də toxunmayın.

Oğlaq - İşgüzar keyfiyyətlərinizi və sahibkar bacarıqlarınızı ətrafdakılara nümayiş etdirməkdən yorulmayacaqsınız. Kommersiya fəaliyyəti ilə məşğul olan Oğlaqlar bu gün böyük uğurlar qazanacaqlar. Rəhbərliklə çoxdan bəri fikir ayrılığınız vardısa, onu aradan qaldıra, eyni zamanda özünüzün peşəkar mövqeyinizi möhkəmlədə bilərsiniz.

Dolça - Ünsiyyətlə dolu gündür, amma kimsə bu ünsiyyətin daim xoş keçəcəyinə zəmanət verə bilməz. Qadınlar kişilərin onlara qarşı diqqətinin artması səbəbindən özlərini narahat hiss edə bilərlər. Kişilər isə öz maraqlarının nümayişi üçün heç də həmişə uyğun üsullar tapa bilmirlər. Kütləvi tədbirlərdə və ziyafətlərdə çox aktiv iştirakın nəticələri də xoş olmaya bilər.

Balıqlar - Gücünüzü havayı yerə sərf etmək istəmir və məqsədə doğru ən qısa yolları, problemlərin ən asan həlli üsullarını tapmağa çalışırsınız. Bu cür yanaşma günün ilk yarısında çox uğurludur. Axşama doğru isə bütün işləri atmaq, ya da kiməsə tapşırmaq həvəsi oyanacaq. Qəti surətdə olmaz! Tənbəllik və yüngüllük yalnız itkilərlə nəticələnəcək və beləcə, gününüz hədərə gedəcək.

Maraqlı     Baxılıb: 2656   Tarix: 11 yanvar 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

turlar.az

qaşların formalari geyim şəkilləri hamiləlik gilasın faydası nermin ibrahimova bilik haqqinda atalar sozu buga burcu 2026 kosmetika novruz bayrami hakisda qurd ve quzu oyunlar klitor vətənə aid