Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevralQoç - Maraqlı ünsiyyət vəd edən gündür. Dəvət aldığınız toplantı və tədbirlərə qatılın. Günlə bağlı xüsusi planlarınız varsa, mütləq yerinə yetirin. Bir qədər əvvəl başladığınız işləri başa vurun.

Buğa - İntuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil. Bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər.

Əkizlər - Yeniliklər və eksperimentlər zamanı deyil. Günün ikinci yarısında maliyyə məsələlərindəki qeyri-müəyyənlik səhhətinizə təsir edə bilər. Tam bələd və ya əmin olmadığınız mövzunu inkişaf etdirməkdən çəkinin. Qüvvə toplayın. Sabah sizi ağır gün gözləyir.

Xərçəng - Perspektivlərlə prioritetləri müəyyənləşdirin. Qeyri-müəyyənlik nə qədər çox olarsa, siz bir o qədər iradəli və qətiyyətli davranmalısınız. Gün sürprizlər vəd edir. Günün ikinci yarısında ötənlərdə unutduğunuz ideya və ya insanı xatırlaya bilərsiniz.

Şir - Mühafizəkar mövqeyə meylli olun, ehtiyatlı davranın. Lakin az sonra işlərə novator yanaşmanı nümayiş etdirin. Geridə qalanlar arasında olmaq istəmirsinizsə, eksperimentlərə əl atın. Mühüm qərarın qəbulu, seçim, təklifi nəzərdən keçirmək üçün ayın ən yaxşı günlərindən biridir.

Qız - Qarşılıqlı anlaşma əldə edin. İşlərdən biri nəzərdə tutduğunuzdan artıq səy və diqqət tələb edir. Şəraitin diqtə etdiyi seçim yeni, maraqlı yola çıxara bilər. Axşam saatlarında normal istirahət edin.

Tərəzi - Güclü marağınıza, nigaranlığınıza və ya təlaşınıza səbəb ola biləcək hadisə baş verə bilər. Cavab verməyə tələsməyin. Vəziyyətin ayndınlaşmasını gözləyin. Baş verənlər təsadüf deyil. Ötənlərdəki əməllərinizdən biri indiki olayların nəticələri ilə bağlıdır.

Əqrəb - İnsanların sözləriniz və hərəkətlərinizə reaksiyasına diqqətlə fikir verin. Mənfiliyə köklənməyin. Qəfil xəbər hissiyyatınızı artıra bilər. Cavab reaksiyasında tələskənliyə yol verməyin.

Oxatan - Əlverişli və münasib gündür. Səbirsiz, kəmhövsələ olmayın. Kiçik və xırda məsələləri şişirtməyin. Ciddi məsələni həll edərkən konstruktiv dəyişikliklərdə sizə dəstək ola biləcək insanlara dəyər verin. Alış-veriş etmək olar. Ayın sonunadək olan işləri ailə üzvləri ilə müzakirə etmək olar.

Oğlaq - Tərəfdaşla səmimi olun, kimsəni aldatmayın. Günün ikinci yarısında səhvləri sürətlə aradan qaldırın. Sizdən yardım istəyən insana kömək edin. Şəxsi işlərin həllinə vaxt çatmaya bilər. Axşam saatlarını sevdiyiniz insana qayğıya həsr edin.

Dolça - Ötən günlərin gərginliyini aradan qaldırmaq üçün aktiv çalışın. Uzunmüddətli və monoton səylər tələb etməyən işlərə tez başlayaraq, tez başa vurun. Görüş və ya əyləncəni təxirə salın. Yaxın ətrafınızdakı insanlarda sizinlə bağlı ifrat gözləntilər var.

Balıqlar - Günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın. /Milli.az/

Maraqlı     Baxılıb: 2376   Tarix: 13 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geyim necə seçməli donlar 2026 yay geyimləri 2026 moda lüğəti viktoriya sekret dil haqqinda atalar sozu bitki dərmanları kosmetika hakışta usaq geyimleri hakışda faydalı maskalar qız bürcü