Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevralQoç - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.

Buğa - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın. İşdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın. Alınan məlumatı təhlil edin.

Əkizlər - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun. Səfərə və ya səyahətə yollanmayın.

Xərçəng - bütün fikrinizi şəxsi problemlərin həllinə yönəltsəniz, mühüm məsələ diqqətinizdən yayına bilər. Emosiyalar hərəkətlərinizə və qərarlarınıza təsir etməsin. Bunu hiss edən kimi dayanın. Başqasının hissləri hesabına özünüzü təsdiqləməyə çalışmayın.

Şir - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil. Əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın.

Qız - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz, xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz. Bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq.

Tərəzi - romantik hisslər, əsassız istəklər və xülyalara aldanmayın. Macəra və sərgüzəştlər aramayın. Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq. Günün ikinci yarısında imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın.

Əqrəb - problemi həll edin, kimlərinsə yaşamını, davranışını və ya mövqeyini dəyişməyə can atmayın. Stress səviyyəsini aşağı salın. Maraqlı informasiya arayın, sorğulara cavab verin. Şəxsi münasibətlərdə konkret yardım və qayğı sözlərdən daha üstündür.

Oxatan - problemlər və çətinliklər sevdiyiniz insanla, ailə üzvləri ilə münasibətlərdə problem yaratmamalıdır. Əlavə işə başlamaq, sifariş götürmək olar. Yaxın ətrafınızdakı insanlardan birinin problemlərinin həllində yardımçı olun. Münaqişələr sizdən yan keçməzsə, ifrat səmimi olmayın, sirlərinizi açmayın. Tərəfdaş və ya iş yoldaşınızın əməyini sərt tənqid etməyin.

Oğlaq - müəyyən mövzunun sizdən planlaşdırdığınızdan daha çox vaxt və səy tələb edə bilər. Şərtlərin tələb etdiyi seçim sizi yeni, maraqlı yola apardığından adət etdiyiniz və sevdiyiniz bəzi ünsürlərdən imtina etməli olacaqsınız. Asudə vaxtınızı istirahətə, alış-verişə sərf edin.
Stressdən qurtulmaq üçün gərgin durumda adekvat hərəkət edin.

Dolça - xarici şərtlər və proseslər sizi daimi gərginlikdə saxlaya bilərlər. Səhhətinizin qeydinə qalın. Kiçik ağrıların orqanizm üçün ciddi problemə çevrilməsinə imkan verməyin. Tək çalışmaq üçün əlverişli gündür. İş çoxdursa, onu başqaları ilə bölüşməyin yolunu tapın. İşi təfərrüatlı və ciddi şəkildə görün, tələskənliyə yol verməyin.

Balıqlar - Yaxın ətrafınızdakı insanlardan biri sizdən kömək gözləyir. Dostunuzun yardımı isə sizə konkret fayda verməsə belə, həssas olun. Günün ikinci yarısındakı tanışlıq ciddi deyil. Ailə üzvlərinin qayğısına qalın. Sevdiyiniz insanın hissləri ilə oynamayın, onu küsdürməyin. /Milli.Az/

Maraqlı     Baxılıb: 2388   Tarix: 14 fevral 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geyim necə seçməli donlar 2026 yay geyimləri 2026 moda lüğəti viktoriya sekret dil haqqinda atalar sozu bitki dərmanları kosmetika hakışta usaq geyimleri hakışda faydalı maskalar qız bürcü