Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevralQoç - vədlərə inanmayın. Hadisələrin inkişafı tərəfdaşlardan birinin planları dəyişməyə vadar edə bilər. Şəxsi münasibətlər müstəvisində uğurlu, düşərli gündür. Gözləntiləriniz doğrulacaq, hissləriniz cavab alacaq. Tələsməyin, illüziyaların əsarətinə düşməyin.

Buğa - yeni məqsəd formalaşır. Hədəfə doğru qətiyyətlə irəliləyin, vaxtı boş işlərə və puç arzulara sərf etməyin. Fiziki işlərdə xeyir var. Axşam saatlarını ailəyə həsr edin. Yaxşı tanıdığınız insanlarla birlikdə istirahət edin.

Əkizlər - gün mürəkkəb və qarışıqdır. Qəlizlik hansısa əlahiddə problemlər və ya çətinliklərdə yox, baş verənlərə sizin münasibətinizdədir. Sizi hər xırda məsələ, kiçik detal qıcıqlandırır. Həmkarlarla yaxınlarınız, sanki, səbrinizi sınağa çəkmək üçün yarışa giriblər. Uğurlar sizi sevindirməyə bilər.

Xərçəng - perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun. Saatlar keçdikcə şərtlər dəyişə, situasiya kəskinləşə bilər. Bu səbəbdən də diqqəti əsas işə yönəldin, soyuqqanlı olun, təmkinli davranın. Günün ikinci yarısında münasibətlərdə ciddi problem yarana bilər.

Şir - qarışıq, amma perspektivlər vəd edən gündür. Heç bir yerə tələsməyin, başladığınız işi başa vurun. Səliqə ilə, aramla çalışın. Ətrafınızdakı insanların bir neçəsi sizi qıcıqlandıra bilər. Fəqət, indi münasibətləri daha da sərinləşdirməyin, səbrli olun. Dözüm bir çox problemlərin avtomatik həlli deməkdir.

Qız - səyləriniz müsbət nəticə verəcək. Son vaxtlar sizi narahat edən bəzi məsələləri həll edə biləcəksiniz. İşdəki fikir ayrılıqları, şərik və ya tərəfdaşlarla mübahisələr arxada qalacaq. Həmkarlarınız və rəhbərliklə asanlıqla dil tapa biləcəksiniz. Nüfuzlu insanın diqqətini layihənizə cəlb edin.

Tərəzi - maliyyə situasiyası stabildir. Kiçik gəlirlər istisna deyil. Ailədəki münasibətlərdə problemlər yaranmayacaq. Ailə üzvləriniz sizə qayğı göstərəcək, amma müstəqillik və sərbəstliyinizə müdaxilə etməyə cəhd göstərməyəcəklər. Azadlığınızı dar çərçivəyə salmayın. Qısqanclıq üçün səbəb yaratmayın, münaqişəyə rəvac verməyin.

Əqrəb - başladığınız işi yarımçıq qoymayın, onu başa vuranadək çalışın. Yalnız intellektual yox, fiziki işləri də görün. Özünüzü daha əmin və qətiyyətli hiss etmək üçün yaxın ətrafınızda qayda yaradın, yaşam arealınızı nizama salın. Kiçik təmirlə məşğul olun. Səliqəyə nail olun.

Oxatan - gün hadisələrlə zəngindir. Darıxmağa vaxt tapmayacaqsınız. Yaradıcılıqla məşğulsunuzsa, maraqlı təkliflər alacaqsınız. İşiniz yerdəyişmələr və ya tikini sahəsindəsindədirsə, yeni sifariş istisna deyil. Yeni tanışlıqlar, qeyri-formal şəraitdə aram söhbət işgüzar münasibətlərin təməlini qoya bilər.

Oğlaq - alış-veriş üçün uğurlu gün deyil. Evdə məişət texnikası ilə bağlı texniki problemlər yarana bilər. Səfər və ya səyahəti təxirə salın. Bu gün evdə, ailənizlə birlikdə istirahət edin. Qohumlarınız və sevdiyiniz insanla asanlıqla dil tapacaqsınız. İmicinizi yeniləyin.

Dolça - özünüzlə müqayisədə başqaları üçün daha çox işləməli olacaqsınız. Kim və ya nə isə səbrinizi sınağa çəkəcək. Səbrli olun, təmkinli davranın. Soyuqqanlı olsanız, bunun bəhrəsini tezliklə görəcəksiniz. Ev işlərini qulaqardına vurmayın.

Balıqlar - dürüst qərarlar qəbul etməyə imkan verən uğurlu gündür. İşdə ciddi problemlərin öhdəsindən gələcəksiniz. Mühüm işgüzar münasibətləri bərpa edin. Düşünülmüş addımlar nüfuzunuzu daha da möhkəmlətməyə imkan verəcək. Bəzi hallarda sərt davranaraq peşəkar müstəvidə inkişafınız üçün şərait yaradın.

Maraqlı     Baxılıb: 2504   Tarix: 15 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geyim necə seçməli donlar 2026 yay geyimləri 2026 moda lüğəti viktoriya sekret dil haqqinda atalar sozu bitki dərmanları kosmetika hakışta usaq geyimleri hakışda faydalı maskalar qız bürcü