Astroloji proqnoz - 15 mart

Astroloji proqnoz - 15 martQoç - yaxınlarınız üçün gördüyünüz işlərdə uğur əldə edəcəksiniz. Xüsusi diqqət və qayğı tələb edən sahələrdə məsuliyyətli davranın. Tələsməyin, süni təkanlar və sürətləndirmələrə aldanmayın. İşlərinizdə və yaşam arealınızda qayda yaradın. Danışıq və əməllərinizə estetik komponentlər əlavə edin.

Buğa - tmosional ünsiyyət, görüş üçün əlverişli vaxtdır. Az danışın, qayğı və diqqət izharlarını artırın. Tənbəl və süst olmayın, əks təqdirdə münsibətləri qaydaya salmaq imkanını əldən verə bilərsiniz. Axşam saatları alış-veriş üçün yaxşıdır.

Əkizlər - baş verənlər cari proseslər çərçivəsindədir. Adi, işgüzarlıq tələb olunan günlərdən biridir. Əvvəlki günlərlə müqayisədə informasiya axınının intensivliyi bir qədər azalacaq. Cari işlərin çərçivəsində qalın. Çalışdığınız mühiti qaydaya salın, alınan xəbərləri və situasiyanı təhlil edin, yeni imkanları araşdırın.

Xərçəng - sizin üçün ən önəmli məsələlərdə əməkdaşlıq və tərəfdaşlıq amillərinin xüsusi əhəmiyyəti var. Gərəkli işin öhdəsindən sizdən pis gəlmyəcək adama təşəbbüsü verməyə çalışın. Hadisələrin axarında olun, yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Situasiyanı gərginləşdirmədən məqsədlərinizə çata bilərsiniz.

Şir - görəcəyiniz işlərin ardıcıllığını dəqiq planlaşdırın. Arada fasilə edərək istirahət etməyi də unutmayın. Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz. Problemlər artır, normal davranmaq, hisslərə hakim olaraq emosiyaları nəzarətdə saxlamaq çətinləşib. Huşyarlıq və emosionallıq artır.

Qız - nəmasları elə seçin ki, belə ünsiyyətlərdən sinirlənməyəsiniz. Gərginliyə rəvac verməyin. Yaşanan və ilk baxışdan təsadüfi təsir bağışlayan olayları, onların dəyişə biləcəyi situasiyaları düşünün. Mümkün problemləri qabaqlamağa, onların öhdəsindən ilkin mərhələdə gəlməyə can atın.

Tərəzi - gün stabildir və hadisələr sakit ritmdə cərəyan edəcək. Yaşam mühiti, arealı və fəaliyyət məkanında sizin üçün önəmli sahələrdə harmoniya yaradaraq qaydaya nail olmaq şansını əldən verməyin. Danışmaqdansa, qulaq asın, ətrafınızda baş verən hadisələrin məğzini, səbəbini anlayaraq səbəbkarı müəyyənləşdirməyə çalışın.

Əqrəb - rahat və məhsuldar əməkdaşlığa, uğurlu tərəfdaşlığa nail olmaq üçün faydalı məlumat mübadiləsinə, qarşılıqlı dəstəyə ehtiyac var. Bir çox məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Qarşı tərəfin nə istədiyini dəqiqləşdirin. Səmimi davranış, pozitiv ünsiyyət bir çox problemləri rüşeym halında olanda həll etməyə, söhbəti gərəkli məcraya yönəltməyə imkan verəcək.

Oxatan - təmaslara və ünsiyyətlərə açıq olun. Faydalı məlumat almaq, ya da sizin üçün maraqlı mövzunu inkişaf etdirmək şanslarından yararlanın. Həmkarlarınızın daha bilikli və təcrübəli olduğu sahə, yaxud da məsələ ilə bağlı onlarla məsləhətləşməkdən çəkinməyin. Bilik və bacarıqları, informasiya bazasını artırmaq, yaşam arealının hər hansı hissəsini qaydaya salmaq üçün əlverişli gündür.

Oğlaq - böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün. Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var. Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.

Dolça - evlə bağlı işlər və qayğılar sizə gərgin anlar bəxş edəcək. Maraqlarınızın təminatı ilə məşğul olduğunuz anda sizi işdən ayıracaq, planlarınızı pozacaq, ailənin mənafelərini ön plana çəkməyə vadar edəcəklər. Bu işləri sürətlə başa vuraraq cari planların reallaşdırılması ilə məşğul olun. Əks təqdirdə yarımçıq qalan işlərin sayı sürətlə arta bilər. Yaşananları dramatikləşdirməyin. Yaşam ritmini və stilini dəyişdirməyin. Faydasız planlarla xülyaları bir kənara ataraq uğurun real olduğu sahəyə yönəlin.

Balıqlar - şəxsi münasibətlərdə irəliləyiş üçün uğurlu vaxtdır. Tələsməyin, təmkinli davranın, hövsələsiz olmayın. Şərait özü maraqlarınıza uyğun formaya düşəcək. Məqsəd və arzularınızdan birini reallaşdırmaq şansı yaranır. Axşam saatlarında açıq havada gəzintiyə çıxmağı unutmayın

Maraqlı     Baxılıb: 2423   Tarix: 15 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

turlar.az

geyim şəkilləri həkim məsləhəti geyim dəbləri bolqar biberinin faydasi süni doğuş nişan və evlilik nişanlılıq kosmetika vusale elizade salatlar burclerin uygunlugu cantalar bayatilar