Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvarQoç - işlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. İş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz. Ancaq imkanlarınızı düzgün hesablayın. Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız.

Buğa - əlverişli gündür. Günün birinci yarısı həyatınızda əhəmiyyətli rol oynayacaq vacib və maraqlı hadisə ilə yadda qalacaq. Çoxdandır fikrinizdə tutduğunuz planı reallaşdırmaq, mövqelərinizi möhkəmləndirmək imkanı yaranacaq. Karyera yüksəlişi mümkündür. Sövdələşmələr üçün münasib gündür.

Əkizlər - Həftə çox uğurlu bir günlə başlayır. Bir qədər təzadlı və qərarsız xasiyyəti olan şəxslər özlərini narahat hiss edəcəklər. Şübhələr çoxluq təşkil edir: şəraitə uyğun olmaq üçün qətiyyət tələb olunur.

Xərçəng - istənilən maliyyə əməliyyatları üçün uğurlu gündür. İri məbləğdə pullardan istifadə edə bilər, bahalı mallar ala bilərsiniz.
Şəxsi həyatın ahənginə heç nə mane olmur. Bir-birinə qarşı dərin hisslər duyan insanlar razılığa gələ, inciklikləri unuda bilərlər. Əvvəlki səhvlər və yelbeyin hərəkətlər bu gün bağışlanacaq.

Şir - asan olmayan, amma vacib məsələnin həllinə başlamağın vaxtı çatıb. Çətin ki, onun öhdəsindən birdən-birə gəlmək mümkün olsun. Lakin bu gün necə hərəkət etməyin lazım olduğunu başa düşəcək, aralıq məqsədləri müəyyənləşdirə biləcəksiniz. Gün uzunmüddətli planlaşdırma, imkanlanların obyektiv dəyərləndirilməsi üçün münasibdir.

Qız - Digər günlərdən fərqli olaraq bu gün daha təmkinli, soyuqqanlı və sakitsiniz. Bu isə ailədaxili münaqişələri dəf etməyə, sevdiyiniz şəxslə daha mülayim davranmağınıza kömək edir.

Tərəzi - günün əsas problemi emosional fonun gərgin olmasıdır. Tez inciyirsiniz, sizinlə dil tapmaq çətindir. Hətta çox mehriban bir adam təsadüfən sizin kefinizə soğan doğrayacaq. Yazıq onun halına: sizin kəskin və coşğun reaksiyanız hətta özünüzü də təəccübləndirəcək.

Əqrəb - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura biləsirinz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.

Oxatan - əgər bu gün eyhtiyatlı və diqqətli olsanız, həftənin sonunadək bir çox narahatlıqdan canınızı qurtara bilərsiniz. Elə səhvləriniz ola bilər ki, onları düzəltmək üçün çox vaxt və əsəb sərf etməli olarsınız. Günün ən yaxşı cəhəti odur ki, sizə kömək edə biləcək insanlarla mübahisə etmir, əməkdaşlar və rəhbərliklə yaxşı münasibətlərinizi qoruyub saxlayırsınız.
Emosional fon gərgindir: əsəbi çılğınlıq həddindəsiniz. Bir qədər sakit olmağa çalışın, sakitliyə çəkilmək imkanı varsa, həmən yararlanın, dincəlin.

Oğlaq - səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Hələlik isə maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Belə bir "dəstək qrupu" ilə nəyəsə nail olmağın mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.

Dolça - çoxdan hazırladığınız layihəni gerçəkləşdirməklə yanaşı, bu gün yeni birini də başlayacaqsınız. Bunlar sizin ambisiyalarınıza tamamilə uyğun gəlir və karyerada irəliləməyinizə, gəlirlərinizi artırmağınıza rəvac verir.
İşgüzarlığınız parlaqdır, ancaq şəxsi keyfiyyətləriniz də kölgədə qalmır. Bu gün diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlməyəcək.

Balıqlar - Ətrafdakılara diqqətlə nəzər yetirmək lazımdır. Bu gün düzgün müttəfiqlərdən yararlanmaqla böyük uğurlar əldə etmək olar. Lakin planlarınızı yalnız etimadınızı qazanan insanlarla bölüşün. Çünki başqalarının ideyalarını özününküləşdirməyə hazır olan adamların sayı olduqca çoxdur.

Maraqlı     Baxılıb: 2295   Tarix: 15 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

turlar.az

qaşların formalari geyim şəkilləri hamiləlik gilasın faydası nermin ibrahimova bilik haqqinda atalar sozu buga burcu 2026 kosmetika novruz bayrami hakisda qurd ve quzu oyunlar klitor vətənə aid