Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvarQoç - Mənfi tendensiyaların təsiri güclənir. Bunun zərəri ən çox maliyyə sahəsinə dəyəcək. Daha ciddi problemlər məhz bu sahədə yaranacaq. Bir çoxları üçün gün bəd xəbərlərlə (cərimələr, sanksiyalar və maaşın azalması və s. barədə məlumatlar) yadda qalacaq. Gərginlik artır və bu, vəziyyətin ağırlaşmasına səbəb olur: müdiriyyətlə işçilər arasında münasibətlər korlanır, iş müttəfiqlərinin əməkdaşlığı təhlükə altına düşür. Çünki hərə yorğanı öz üstünə çəkir.

Buğa - yolayovuqluq nümayiş etdirsəniz və başlarına təşəbbüs irəli sürməyə imkan versəniz, yaxınlarınıza münasibətləriniz harmonik olacaq. Hər şeydə israr etmək yaxşı heç nə vəd etmir.

Əkizlər - sizə karyera yüksəlişində yardım edəcək adamla görüş gözlənilir. Sizdən çox az şey - xoş təəssürat yaratmaq tələb olunur. Yaranan problemləri təkbaşına yoluna qoymalı olmayacaqsınız. Bu gün köməkçi və müttəfiqləriniz çox olacaq. Günün ikinci yarısı hədiyyələr və sürprizlər vaxtıdır. Romantik görüş uzun müddət yaddaşınızdan silinməyəcək.

Xərçəng - yaxınlarınızın diqqət və dəstəyinə bel bağlaya bilərsiniz. Gün istənilən mövzuda söhbətlər üçün münasibdir. Hədiyyə və sürprizlər mümkündür. Pul gəliri də istisna deyil. Böyük məmnuniyyətlə, pul xərcləyəcəksiniz. Xoşbəxtlikdən, bazarlıqlarınızın böyük əksəriyyəti uğurlu olacaq.

Şir - bu gün dünəndən prinsipial şəkildə fərqlənəcək. Özü də təəssüf ki, yaxşı tərəfə yox. Alın təri ilə işləməli olsanız da, nəticələr çox xırda olacaq. Rəhbərlik tənqidə köklənib, xırda səhvə görə sizi çox sərt cəza gözləyir.

Qız - yaxınlarınızla yola getmək çətin olacaq. Həyat potensialının aşağı olması da vəziyyəti gərginləşdirir. Xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Yuxusuzluq ehtimalı da yüksəkdir.

Tərəzi - nöqteyi-nəzərinizi heç kimin bölüşmədiyini görürsünüzsə, öz mövqeyinizdə israr etməyin. Fəndgirlik, opponentlə sözdə razılaşmaq, sonra isə öz bildiyini etmək bu gün çox faydalıdır. Hesab işlərində səhvlər mümkündür. Bu səhvlər maddi itkilərə səbəb olmasa da, işinizi artıracaq.

Əqrəb - darıxdırıcı kağız işləri - hesabatların hazırlanması, sənədlərin qaydaya salınması, rəsmi məktubların yazılması ilə məşğul olmaq lazım gələcək. Bunlar sevilmli işləriniz deyil. Ona görə də tez yorulacaq və öz işinizi kiməsə tapşırmağa çalışacaqsınız. Amma düz adamın seçilməsi vacibdir. Elə adama bel bağlayın ki, heç vaxt sizi pis vəziyyətdə qoymasın.

Oxatan - uğur qazanmaq üçün əsas şərt ətrafdakılarla yaxşı münasibətdir. Ona görə də həm işləməyə, həm də istirahətə tək öyrəşmiş adamlar əməkdaşlıq barədə düşünməli, asanlıqla razılışmağın, səyləri birləşdirməyin mümkün olduğu adama diqqət yetirməlidirlər. Bu zaman tam səmimiyyətə ehtiyac yoxdur. İnsanlara onların eşitmək istədiklərini söyləmək kifayətdir. Nə qədər təəccüblü olsa da, bu gün çox bəsit hiyləgərlik effektli olacaq.

Oğlaq - əgər üzərinizə çox iş götürməsəniz, çətinliklər yaranmayacaq. Unutmayın ki, çətinlik və problemləri ətrafdakılarla bölüşmək olar. Tanışlarınızın arasında istənlən köməyinizə gəlməyə hazır olan kifayət qədər adam var. Müqavilə və razılaşmaları yalnız o vaxt imzalamaq olar ki, sənədlərin məzmunu dərindən öyrənilib və təhlil edilib, eləcə də fikrinə etibar etdiyiniz adamlar tərəfindən bəyənilib.

Dolça - şəxsi münasibətlər mənfi təzahürlərdən daha az ziyan çəkəcək. Sabitliyə və qarşılıqlı anlaşmaya can atılması incikliklərdən yayınmağa kömək edəcək. Keçmiş barədə düşünməklə maraqlı nəticələrə gəlmək və bunun əsasında gələcək planlara düzəlişlər etmək mümkündür.

Balıqlar - keçmişdə buraxılmış səhvlər əlverişsiz anda özünü xatırlatmağa başlayır və pis vəziyyətə düşə bilərsiniz. Baş verənləri təhlil etmək pis olmazdı. Lakin bu gün siz sakit düşünmək üçün kifayət qədər soyuqqanlı deyilsiniz. Baş verənlərə görə başqasını günahlandırmaq istəyi də güclüdür. Özünütənqidə qadir olan Balıqlar hadisələrdən çox vacib dərs alacaq, qalanları isə hədər yerə enerji itirəcək və yorulacaqlar.

Maraqlı     Baxılıb: 2412   Tarix: 18 yanvar 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

turlar.az

qaşların formalari geyim şəkilləri hamiləlik gilasın faydası nermin ibrahimova bilik haqqinda atalar sozu buga burcu 2026 kosmetika novruz bayrami hakisda qurd ve quzu oyunlar klitor vətənə aid