Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabrQoç - birmənalı olmayan situasiyaya düşə bilərsiniz. İmkanlar yetərincə artsa da, məqsədə aparan yolda ciddi maneələr yaranır. İstəyinizə dərhal çatmaq alınmayacaq. Ruhdan düşməyin, nigaran qalmayın. İlk baxışdan böyük çətinlik təsiri bağışlayan problemlər sonradan çox önəmli pozitiv nəticələrə səbəb ola bilər.

Buğa - müdrik olun, addımlarınızı düşünüb atın. Yaxın ətrafla münasibətlərin ümumi fonu və qarmaqarışıq olması, sevdiyiniz insanla təmaslarda yaranmış anlaşılmazlıqlar sizdə pərişanlıq yaratmasın

Əkizlər - qəmlənməyin, yeni istiqamətin seçim anını buraxmayın. Gündəlik məhsuldarlığa yaradıcılıq əmsalını əlavə edin. Axşam saatlarında maraqlı tapıntıya sevinə bilərsiniz.

Xərçəng - vildalaşmalı olduğunuz nəsnə və ya adamı intuitiv olaraq müəyyənləşdirin ki, daha vacib işlə məşğul olmağa vaxtınız qalsın. Çətindir, amma vacibdir - bunu etməlisiniz. Bu yaxınlaradək fikirlərinizdə və həyatınızda mühüm yer tutan münasibətdə romantizm çalarları sönükləşə bilər.

Şir - ətrafınızdakı insanların təxribatlarına kəskin reaksiya verməyin, sizə əsla xas olmayan hərəkətləri etməyin. Lakin bu günün enerjisi, xüsusilə də Ay və Saturnun münasibətləri sizdən həyatınızda əvvəlki təki qalmamalı nəsnələrlə hadisələrə aktiv müdaxiləni tələb edir.

Qız - vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan verəcək.

Tərəzi - yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun. Bu günün hadisələri sınaqlardır və onların sayəsində diqqət mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif olacaqsınız.

Əqrəb - yaxın ayla bağlı planlarınızı müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma uyğun hərəkət edin. Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun. Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun.

Oxatan - qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı qoruyun. Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında maraqlısınızsa, hələlik tələsməyin. Bir qədər kölgəyə çəkilin, tək qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz.

Oğlaq - Ay və Fobosun münasibətləri paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın. Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə formalaşmaqdadır.

Dolça - sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq asın. Günün sizə verdiyi işarələrə və nişanələrə diqqətlə fikir verin.

Balıqlar - şəxsi münasibətlərdə yenidənqurma mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində mübahisə yaranırsa, bir qədər fasilə edin. Şəraitdə nəyisə dərhal dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış ola bilər./Milli.Az/

Maraqlı     Baxılıb: 2662   Tarix: 21 sentyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek toy makiyajlari qis geyimləri 2026 sevinc tofiqqızı yuxu pozğunluğu zaur baxşəliyev qizliq perdesinin berpasi kosmetika azerbaycan hesaplama novruz novruz bayramına aid hakıştalar hamilelik