Astroloji proqnoz - 22 sentyabr

Astroloji proqnoz - 22 sentyabrQoç - ola bilər ki, məsələnin həllində iştirakınıza ehtiyac qalmasın. Sağlam məntiq, təmkin və soyuqqanlı davranış yeniliklərlə dəyişikliklərin məğzini anlamağa imkan verəcək. Sadəcə, qəza durumu yarananda təcili qərarlar qəbul edin. Yerdə qalan bütün işlər gözləyə bilər. Avtomobildən çox istifadə etməyin.

Buğa - bu gün təcili şəkildə nə isə etmək istəyi çox pis nəticə verə bilər. Yüz dəfə ölçün, bir dəfə biçin. Hansısa situativ maraqlar və ya xəbərlər hadisələrin məntiqi axarını poza bilər. Hərəkət koordinasiyasında problemlər yaranarsa, qərarlarınıza bir daha nəzər salın. Nə baş verməsindən asılı olmayaraq tələsməyin, ilkin impulsu yaşayın, sonra təmkinli şəkildə hərəkət edin.

Əkizlər - vəziyyəti sakitləşdirməyə çalışın. Əks təqdirdə, arzu edilənləri olanlar kimi anlayaraq çoxsaylı səhvlər edə bilərsiniz. Alış-verişi günün ilk yarısında edin. Günün ikinci yarısında ekstremallıq etməyin, macəra axtarmayın.

Xərçəng - maddi məsələlər və tərəfdaşlarla qarşılıqlı münasibətlər yeni mərhələyə keçə bilər. Qərar və atacağınız addımlarla bağlı tələskənliyə yol verməyin. Kəskin mübahisələr aparmayın, fikrinizi kiməsə təlqin etməyə çalışmayın, yalnız günün işləri ilə məşğul olun.

Şir - gələcəkdəki hadisələrlə bağlı güclü rezonansa malik problemlərin həllinə başlayın. Ani problemlər və tələsik istəkləri arxa plana atın, işlə məşğul olun. Cari situasiya və ünsiyyət rəvan olmayacaq.

Qız - nəyisə mürəkkəbləşdirməyin, çətinləşdirməyin. Hadisələrə doğru reaksiya verin, situasiyaya məcra axınında düzəlişlər edin. Müşahidə edin, informasiya toplayın, nəticə çıxarın.

Tərəzi - imkan varsa, saat 12-də bir qədər taym-aut götürün və sizdən həddən ziyadə məsuliyyət ilə konkret, ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşdə və ya münasibətlərdə önəmli yeniliyə səbəb ola biləcək spontan situasiya yarana bilər. Sözün bütün mənalarında formada olmağa çalışın.

Əqrəb - hərəkətlərinizə diqqət edin, soyuqqanlı olun və işlərin tam əksəriyyətini plan üzrə edin. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Emosiyalarınıza nəzarət edin, sakitləşin. Əks təqdirdə orqanizminizdə xroniki proseslər güclənəcək, travmatizm riski arta bilər.

Oxatan - imkanların genişlənməsi hansısa səbəblərdən sizi narazı sala bilər. Ya istədiyiniz işlə məşğul olmayacaqsınız, ya da qarşıda sizi çətinliklərin gözlədiyini anlayacaqsınız. İmkan varsa, mühüm tədbir və görüşləri təxirə salın. Problemlər yalnız bilavasitə sizə təsir edərsə, aktivliyə haqq qazandırmaq olar. Belə deyilsə, aktivliyi sabaha qədər təxirə salın.

Oğlaq - səfər və ya gəzinti üçün sərfəli, düşərli gün deyil. Daxili gərginlik məişət texnikasının sınması, avadanlığın sıradan çıxması və yaxın ətrafdakı neqativ situasiya ilə müşaiyət olunacaq.

Dolça - dəqiqlik, səliqə və sürətli, ani reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın. Qəfil problemlər, pis xəbərlər, səhhətin kəskin pisləşməsi, qohumlardan birinin əhvalının xarab olması istisna deyil.

Balıqlar - söhbətlərə, sözlərə ifrat dərəcədə həssas olmayın, intriqalara baş qoşmayın. Emosional davranış sizə olan münasibətə pis təsir edə bilər. Axşam saatlarında bir qədər tək qalın, maraqlarınızın təminatı yollarını düşünün.
Milli.Az

Maraqlı     Baxılıb: 2648   Tarix: 22 sentyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek toy makiyajlari qis geyimləri 2026 sevinc tofiqqızı yuxu pozğunluğu zaur baxşəliyev qizliq perdesinin berpasi kosmetika azerbaycan hesaplama novruz novruz bayramına aid hakıştalar hamilelik