Astroloji proqnoz - 23 sentyabr

Astroloji proqnoz - 23 sentyabrQoç - məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki, əhvalınızı pozsun. İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə işlər daha çox olacaq. Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə çalışın.

Buğa - səhhətinizdə kiçik problemlər yarana bilər. Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina etməyin. Qəfil hədiyyə və sürpriz istisna deyil. Axşam saatlarında normal dincəlin.

Əkizlər - yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün əlverişli zamandır. İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini qazana bilərsiniz. Dəvət aldığınız yerə qatılın. Diqqət mərkəzində olsanız, təlaşa düşməyin.

Xərçəng - yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz. Geyim, orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi qeyri-adi, parlaq nəsnələr cəlb edir. Nüfuzlu insanla tanışlıq istisna deyil.

Şir - birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək situasiyanı neqativ dəyərləndirməyin. Kiçik itkilər, uğursuz alış-veriş və sərmayə ola bilər. Amma ağır maliyyə problemləri yaşanmayacaq.

Qız - tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq. Alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır. Sevdiyiniz insanın istəklərini nəzərə alın, onları qulaqardına vurmayın.

Tərəzi - əlverişli və rahat gündür. Böyük uğurlara nail ola bilərsiniz. Yaşanan olayların əsas məqamlarını nəzərdən qaçırmasanız, adi günlərlə müqayisədə daha çox səhvlərə yol verməyəcəksiniz. Yeni işgüzar tərəfdaşlar tapmaq olar.

Əqrəb - şəxsi münasibətlərdə pozitiv təmayüllərin təsiri artır. Təşəbbüs göstərin, nəyisə dəyişməyə və ya yaxşılaşdırmağa çalışın. İntuisiyanızın səsini dinləyin. Ailə üzvləri ilə təmaslarda həssas olun.

Oxatan - işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı fəsadlara səbəb ola biləcəyini düşünün.

Oğlaq - peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm qərarları qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün "korlaşıb". Çox asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz insanların dəyərsiz məsləhətlərinə qulaq asmayın. Belələrinin dediklərini qulaqardına vurun.

Dolça - işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna deyil. Qida rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün xüsusilə həssasdır. Axşam saatlarında idmanla məşğul olmaq fikrindən daşının.

Balıqlar - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına çalışın. Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən insanlar belə, bu gün dəstək verəcəklər.
Milli.Az

Maraqlı     Baxılıb: 2885   Tarix: 23 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek toy makiyajlari qis geyimləri 2026 sevinc tofiqqızı yuxu pozğunluğu zaur baxşəliyev qizliq perdesinin berpasi kosmetika azerbaycan hesaplama novruz novruz bayramına aid hakıştalar hamilelik