Astroloji proqnoz - 24 fevral

Astroloji proqnoz - 24 fevralQoç - sirri açmaq üçün məlumat aramalı, əlaqələrdən yararlanmalı, sorğu-sual etməlisiniz. Kiminsə unikallığı təxəyyülünüzü məşğul edir, amma mümkün münasibətlərin məna və perspektivlərini hələ tam anlamayıbsınız. Yaxın günlərdə situasiya qəflətən dəyişə bilər. Maraq obyektivinizin fərqli olacağı istisna deyil.

Buğa - işlərinizin axarını günün ilk yarısında müəyyənləşdirin və nəyi nə zaman görəcəyinizə qərar verin. İşlə bağlı tərəfdaşların sayını artırmaq, dostlar və hətta qonşularla yeni işbirliyi qurmaq olar.

Əkizlər - işgüzar və ya yazın münasibətləriniz olan insanlarla təmaslarda səbəb olsa belə, onları sərt tənqid etməyin. Tanıdığınz insanlar və ya iqş yoldaşlarınız mühüm qərarların gərgin axtarışında olduğub vaxtda bəxtiniz gətirəcək, çətinliklər yeni sərfəli işə çevriləcək.

Xərçəng - işdə indiyədək mübhəm qalan amillər hadisələrin inkişafında əhəmiyyətli rol oynaycaq. Hərgah hansısa mövzu ilə maraqlanırsınızsa, intuisiyanıza güvənin. Səhhətinizə fikir verin. Qüvvəniz artsa da, istirahətə yetərincə vaxt ayırın.

Şir - baş verə biləcək hadisələrə hazır ola bilməsəniz də, çətinlikləri cəsarətlə qarşılayın. Əminlik və qətiyyətiniz yaxın ətrafınızda olan insanlara da müsbət təsir göstərəcək. İşləri dalbadal, ideal qaydada yerinə yetirməyə çalışmayın. Prosesdən razı qalmağa can atın. Konkret fəaliyyət, ideyaların gerçəkləşməsi məsləhətdir. İşdə və ailədə ciddi məsələlərə diqqət ayırın.

Qız - alınan məlumat, gələn informasiya qəfil situsiya yaradaraq tanış və mühüm predmetlə bağlı biliklərinizi artıra bilər. Şəxsi münasibətlər üçün uğurlu gündür. Lakin unutmayın ki, baş verənlər ilk baxışdan göründyündən fərqli əhəmiyyət daşıyacaq. Ehtiyatsızlıq edərək kiməsə boş ümid verməyin.

Tərəzi - rəqiblərlə ehtiyatlı olun, həyatınızı mürəkkəbləşdirən problemlərdən fayda əldə etməyə can atın. Çoxdan bəri təxirə salınan, yarımçıq qalan işi başa vurun. Fiziki iş üçün əlverişli gündür. Şəxsi münasibətlərdə diqqətli olun, vədlərinizi yaddan çıxarmayın.

Əqrəb - hadisələrin sizə gərəkli istiqamətdə spontan inkişafını da gözləmək olar. Kiçik incikldiklər və qəlb yaraları emosiyalar tufanı yarada bilər. Ətrafınızdakı insanlar inadkar və yanlış mövqelərində qətiyyətlidirsə, qapını çırpmayın. Mövcud situasiyanı, xüsusilə də problemləri dəqiq müəyyənləşdirib dəyərləndirin. Mümkün qədər çox yeni informasiya əldə etməyə çalışın.

Oxatan - tərəfdaşın mövqeyini nəzərə alaraq fəaliyyəti razılaşdırın. Yaşam məkanı və fəaliyyətinizdə mühüm sahələrdə harmoniya yaratmaq, nizama nail olman imkanlarını əldən verməyin. Şəxsi münasibətlərdə intusiyanız hissləri nizamlayacaq.

Oğlaq - lazım və vacib bildiyiniz işlərlə məşğul olun. Seçim məcburiyyəti yaranarsa, situasiyanın dərhal dəyərləndirərək təcili qərar qəbul edin. Bu gün gözləntilərin tam tərsinə olaraq rəqibləri qabaqlaya bilərsiniz. Görüş, yazışma, informasiya axtarışı, gələcək işlərin planlaşdırılması üçün uğurlu gündür. Ciddi məsələləri tərəfdaş, həmkar və ya şəriklə müzakirə edin.

Dolça - işlə məşğul olun, ətrafınızdakı insanın sizə təzyiq və təsir göstərmələrinə imkan verməyin. Bugünkü fəaliyyətin istənilən nəticəsi maddi olmalıdır. Danışıqları rəsmiləşdirmək, yaxud da qarşı tərəfdən öbhdəlik almaq vacibdir.

Balıqlar - hadisələrin emosional mahiyyəti zəifləyir, işgüzarlıq artır. Bundan yararlanmağa çalışın. Yaradıcılıq imkanlarınız yüksək səviyyədə olsa da, ətalətlə davransanız, irəliləyiş şansını qaçıra bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan izafi diqqət gözləməyin.

Maraqlı     Baxılıb: 2488   Tarix: 24 fevral 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

turlar.az

geyim şəkilləri həkim məsləhəti geyim dəbləri bolqar biberinin faydasi süni doğuş nişan və evlilik nişanlılıq kosmetika vusale elizade salatlar burclerin uygunlugu cantalar bayatilar