Astroloji proqnoz - 26 avqust

Astroloji proqnoz - 26 avqustQoç - yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Enerji qıtlığından şikayətlənmək üçün heç bir səbəb yoxdur. Ağır problemlərin həlli üçün təmkinli davranın. Yaşlı qohumlarınızın qeydlərinə, iradlarına və məsləhətlərinə qulaq asın. Axşam saatlarında normal istirahət edin.

Buğa - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.

Əkizlər - tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq. Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.

Xərçəng - nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.

Şir - intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir. Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.

Qız - qarşınıza qoyduğunuz məsələlər çətin olsa da, maraqlıdır. Onları həll edəndə faydalı təcrübə əldə etməklə yanaşı, maraqlı tanışlıqlara nail olacaqsınız. Seminar və ya konfransa varsa, qatılın. İdeyalarınız çoxlarını maraqlandıra bilər.

Tərəzi - iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.

Əqrəb - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz.

Oxatan - tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək. Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın.

Oğlaq - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun.

Dolça - sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun.

Balıqlar - gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.
Milli.Az

Maraqlı     Baxılıb: 2679   Tarix: 26 avqust 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

turlar.az

yemek reseptleri yay kolleksiyasi makiyaj instagram janrlar sizanaqlara qarsi vasite aylıq bürclər gözəllik kosmetika vətənə aid atalar sözləri qoğalın nağlı qadin saglamlig zencefil zehmet ve zinet