Astroloji proqnoz - 27 fevral

Astroloji proqnoz - 27 fevralQoç - şərait yenilənmə, dəyişikliklər tələb edir. İtkilər və müvəqqəti çətinliklər olsa belə, ruhdan düşməyin. İzafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir. Məşğul olduğunuz faydalı işin dəqiq və səlis nəticəsi olacaq. Fiziki işdə fayda var. Axşam saatlarında normal dincəlməyə çalışın.

Buğa - əlaqələri gücləndirin, yaxın gələcəkdə işlərinizə veriləcək dəstəklə bağlı müzakirələr aparın. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər. Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır.

Əkizlər - yaxın ətrafınızdakı insanlarla əlaqələrinizi təftiş edin. Yeni təmaslar qurun, əlaqələri bərpa edin. Hər şey dinamikdir. Gözləntilər planlarınızın reallaşdırılması ilə bağlı situasiyaya uyğun deyil. Hadisələrin, sadəcə, müəyyən qismindən yararlana biləcəksiniz. Axşam saatlarında planlarınızı təftiş edin.

Xərçəng - səhər saatlarından etibarən aktiv olun, qətiyyətli mövqe tutun, mütəhərrik davranın. İşləri təxirə salmayın, borcları qaytarın, vədlərinizi yerinə yetirin. Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbirsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin.

Şir - gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil. Günün ilk yarısında səfərə və ya ezamiyyətə, səyahətə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.

Qız - əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Situasiyanın azad axarına mane olmamağa çalışın. Zərurət olarsa, problemləri həll edin, əlavə düzəlişlərə əl atın. Müstəqil çalışa bilmədiyiniz vaxtlarda inandığınız insanların yardımlarından bəhrələnin. Heç nəyi mürəkkəbləşdirməyin. İndi güc nümayişi və inadkarlıqla müqayisədə reaksiya daha vacibdir.

Tərəzi - əhvalınız bu gün əhəmiyyətli dərəcədə ətrafınızdakı insanların davranışı və yaşam arealınızla müəyyənləşir. Münaqişələrə rəvac verməyin, mübahisələri genişləndirməyin. Ünsiyyətdəki çətinlik və problemləri aradan qaldırmaq istəyirsinizsə, etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin.

Əqrəb - İmpulsiv, emosional hərəkətlərlə ailədə və ya kollektivdə tarazlığı pozmayın. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın ki, rahat nəfəs ala biləsiniz. Sağlam həyat tərzi ilə bağlı təşəbbüslərə ehtiyac var. Ailə üzvlərinin qayğısına qalın.

Oxatan - günün aktiv keçirilməsi üçün yetərincə impulslar var. Təşkilatçılıq məharətinizi nümayiş etdirmək üçün müstəqil çalışın, kimdənsə asılı olmayın. Sonradan birgə fəaliyyətin müəyyən formatını seçə bilərsiniz. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir.

Oğlaq - maraqlarınızın təminatına yönəlmiş işi, ilk növbədə, tamamlayın. Yaxınlarınıza və sizə əziz insanlara qayğını unutmayın. Onların yardıma, mənəvi dəstəyə ehtiyacları var. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.

Dolça - qısqanc, hövsələsiz, dözümsüz olmayın. Tələsik qərar verməyin. Tərəfdaşla ümumi məsələlər varsa, onların çözümünə xüsusi diqqət yetirin. Səfər, səyahət, ezamiyyət, ekskursiya, mədəni istirahət üçün əlverişli gündür. Müxtəlif formatlı ünsiyyətdə fəal olun. Mübahisələrə qatılmayın.

Balıqlar - şəxsi münasibətlərdəki gərginlik həllini gözləyir. İşlərdə konstruktiv məcranın yaradılması üçün səy göstərin. Artıq sözlər deməyin. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ibarət laübalı, ziddiyyətli olaylara hazır olun. /Milli.Az/

Maraqlı     Baxılıb: 2463   Tarix: 27 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

turlar.az

geyim şəkilləri həkim məsləhəti geyim dəbləri bolqar biberinin faydasi süni doğuş nişan və evlilik nişanlılıq kosmetika vusale elizade salatlar burclerin uygunlugu cantalar bayatilar