"Atamı, bacımı və 2 övladımı itirdim" - Əlikram Bayramov -VİDEO

"Atamı, bacımı və 2 övladımı itirdim" - Əlikram Bayramov -VİDEOARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Axşam.az-ın məlumatına görə, müğənni ilk olaraq həyatındakı ağır itkilərdən söz açıb:

"2 yaşımda atamı itirmişəm, sonra anamı itirmişəm, cavan bacımı itirmişəm. Bir qardaşım qalıb, bir bacım. Amma xoşbəxtəm həyatda. 2 nəvəm var. Yaşamağa dəyər. Bacımı erkən yaşda itirdim. 2 uşağı qaldı. Allaha şükür hər ikisi ailə qurub".

Sənətçi daha sonra məktəb vaxtlarındakı acı xatirələrdən danışıb:

"31 şagird idik məktəbdə. 1-ci sinifə gedən günümü heç vaxt unutmuram. Hamını atası gətirmişdi, məni anam gətirmişdi. O vaxta kimi anam və qardaşım mənə atasızlığı hiss elətdirməmişdi. Amma həmin günü anam əlimdən tutub məni məktəbə aparanda uşaqları atalarının gətirdiyini gördüm. Həmin günü dərsə girmədim. Anamdan soruşdum ki, atam hanı? Onda hiss elədim ki, atam yoxdur. Evə gəldim sonra əmilərim,dayılarım gəlib dedilər ki, sən get məktəbə, atan gələcək. O vaxt məktəbdə uşaqlara yardım edirdilər, atasız uşaqlara pal-paltar verirdilər. 31 uşağın içində mənə verdilər. O vaxtlar müəllimlərdən də inciyirdim ki, heç olmasa bunu arxada verərdin. Anam təndir salırdı. Gəldim, həmin paltarları mən atdım təndirə. Mən onu geyinmiş olsaydım, elə bilirdim ki, uşaqlar deyəcək ki, bunu veriblər buna geyinir. Uşaqkən adam elə olanda çox zərbə görür. Atasızlıq çox çətindir. 6-cı sinifdən mən başladım işləməyə. Öz paltarlarımı özüm almağa qərar verdim. Anam çatdıra bilmirdi, 4 uşaq idik. Məktəb verdiyi paltarları geyinsəm uşaqlar da lağ edirdi. Bir söz tərs gələn kimi başıma qaxardılar. Mən də onu qəbul edə bilmiridm. Elə olurdu məktəbə həftələrlə getmirdim. Uşaqlar bir-birini təbrik edirdi, pul çatdırıb qızı təbrik edə bilmirdim. 8 martda, 23 fevralda gizlənirdim. Nə heç kim məni təbrik etsin, nə də mən kimisə təbrik edim. Uşaq var idi ki, atalı idi çox şey alırdı, amma mən o cılız hədiyyəni verməkdə utanırdım".

Əlikram Bayramov sonda səhərlərdən qorxduğunu qeyd edib:

"Həyatımda nə olubsa, səhərlər olub. Atamı da səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib, axşama çəkmədi heç. Səhər oyananda həmişə qorxmuşam. 3 acı da mənə səhərlər dəyib. Mənim övladlarım dünyaya gəldi, 2 övladım mənim səhər rəhmətə gedib. Səhər adam xoş söz eşidər. Səhərlər qorxa-qorxa oyanmışam. Səhər evdən çıxan adama dualar eləmək lazımdır ki, geri dönsün. Oğluma deyirəm ki, çalış bədbin oyanma. Bir yerin ağrıyanda da çalış onu büruzə vermə".

Xəbərlər     Baxılıb: 2108   Tarix: 28 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

maskalar yay geyimləri 2026 sade makiyaj sekilleri hamilələrin qidalanması baliq yaginin faydalari alma cemli piroq pul kisəsi kosmetika narin faydasi ekizler pehriz hakışta lakonizm