Atasından sonra anasını da itirən müğənni ağladı: "Onun üçün çox darıxıram" - VİDEO
Milli.Az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni və tar ifaçısı Humay Qədimova maraqlı açıqlamalar verib:
"Anam öləndə onun saçından bir hissə götürüb saxlamışdım. Evdə ona aid nə varsa, sanki, yaşayırmış kimidir. İlk vaxtlarda dedilər saxlama saçı sonra gördülər ki, xətrimə dəyir. Daha demədilər. Onlara dedim ki, bu, mənim şəxsi əşyam kimidir, sizə nə aidiyyəti var?! Anamın otağımda müəyyən kəlağayıları, başörtüləri var. Onlardan arada istifadə edirəm. Elə bir hisdir ki, yaşadığım həyatı duymaq bir az çətin olar.
Heç kəsə arzu etmirəm. Məndən başqa valideynlərini itirmiş insanlarla ünsiyyətdə olanda görürəm ki, ya mən aşırı dərəcədə sevirəm, ya da artıq nəsə bir problem var. Gün ərzində özüm-özümə deyirəm ki, gərək fikrimi toplayıb başqa işlərlə məşğul olum. Hər zaman onu düşünürəm, onu yaşayıram. Bir ifadə var "mamauşağı", deyəsən, mən eləyəm. Mən atamı çox erkən itirmişəm. Anam həm anam, həm atam olub. Çox zəhmətimizi çəkib. Öz doğmalarına belə ağız açmayıb. Onun boşluğunu heç nə doldurmur. Hərdən ətrafımdakılar deyir ki, inşallah övladın olar, o, bəlkə boşluğu doldurar. Mən inanmıram ki, övladım anamın yerini doldursun".
f Paylaş








Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama