Atasını bir bıçaqla öldürən gənc DANIŞDI: "Oranın rejiminə dözə bilmirdim"

Atasını bir bıçaqla öldürən gənc DANIŞDI: "Oranın rejiminə dözə bilmirdim"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Xanim.az "Report"a istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı qərarl elan edən zaman bildirib ki, təqsirləndirilən K.Qasımov atasını anlaqsız vəziyyətdə öldürüb.

K.Qasımov elan olunmuş qərar üzrə özünü təqsirli bildiyini söyləyib.

Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, hadisəni ailə münasibətlərin pozulması nəticəsində törətdiyini etiraf edib: "Peşmanam, özümü günahkar hesab edirəm".

K.Qasımov hərbi liseydən öz istəyi ilə çıxdığını deyib: "Oranın rejiminə dözə bilmirdim. İbadətlə məşğul idim. Hadisə zamanı isə atamla mübahisəmiz oldu. Onu öldürməklə hədələnmişdim. Ona görə də evdə bıçaqları gizləndirdilər. Hadisədən bir gün əvvəl anamla mübahisə etmişdim. Həmin gün atam üstümə qışqırmışdı. Evə girdim. Şkafdan bıçağı götürdüm. Atam üzü üstdə uzanmışdı. Uzandığı yerdə bir dəfə səsləndim, daha sonra ona bir dəfə zərbə endirdim".

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Həmin ünvanda yaşayan Gədəbəy rayon sakini 17 yaşlı K.Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

İlkin məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.

Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən, yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

Hadisədən sonra K.Qasımov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xəbərlər     Baxılıb: 1454   Tarix: 12 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

adlarin menasi geyim seçimi qadın geyimi yuxusuzluq veten haqqinda insa saclarin yigilmasi doğuş kosmetika oğlan evine aid hakisda tanisliq badambura baldiz novruz hakistalari