"Atasız böyümüşəm..." - Gülay

"Atasız böyümüşəm..." - Gülay"Atasından fərqli olaraq qızıma qadağalar qoyuram. Hər bir atanın oğlundan çox qızına qarşı fərqli hissləri olur. Onu söymür, döymür, əsəbləşmir... Tərbiyə ilə ana məşğul olur. Ata şəkillərini paylaşır, amma ana bunu eləmir, göz dəyməsindən ehtiyatlanır. Qız uşaqlarına əlbəttə arxa-dayaq lazımdır. Ata onları qorumalıdır. Atasız yaşamaq, atasız böyümək hislərini yaşamışam. Ona görə də qızımın atasını çox istəməsini qısqanmıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Gülay Zeynallı "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinə açıqlamasında deyib.

İfaçı anasından söz açıb. O bildirib ki, anası onun üçün çox əziyyətlər çəkib:

"Məşhur sənətkarlarımızla eyni efirlərə çıxdıqda, onlarla eyni məkanda olanda mənə deyirlər ki, ay Gülay, sənin ananın əziyyəti yerdə qalmadı. Anam çox əziyyətimi çəkib. Mən hər yerə anamla getmişəm. Bu yerə gəlib çatmağımın səbəbkarı göydə Allah, yerdə anamdır. Allah analarımıza dəyməsin. Övlad hər hansı bir yolu seçə bilər, amma valideyinin dəstəyi önəmlidir. Mən bu sənəti seçəndə anam məni müsabiqələrə, səfərlərə göndərirdi. Hər hansısa bir ifaçının tanınmasında qalmaqalın, klipin rolu olur. Amma mənim tanınmamda "Xalq ulduzu"nun rolu oldu. İndi də çalışıram ki, o adı doğruldum. Düzdür, o vaxt özümüz özümüzə səs verirdik. Nə qədər konturlar alırdıq. Amma xalqın dəstəyinə daha çox inanıram. Hətta bir dəfə püşkatma oldu və birinci çıxış mənə düşdü. Təsəvvür edin gözləmə zalında oturacağın birinin altı bütün ürək dərmanları idi. Çox stress keçirirdik. Həyəcandan ayaqlarım əsirdi. Həmin gün oxumağım da xoşuma gəlmədi. Münsiflər də məni yıxdı-sürüdü. Səhəri gün səsvermədə həftənin qalibi mən oldum".

Xəbərlər     Baxılıb: 1985   Tarix: 16 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari hamiləlik zebra keksi aksesuarlar göyəm turşusu aroma və fitoterapiya kosmetika novruza aid hakisda birlik qiz evi ucun vətən haqqında bayatı novruz hakısdası