Ateroma
Ateroma piy vəzisinin xoşxassəli şiş xəstəliyidir. Ateroma ağrısız, əllə toxunduqda hərəkətli və dairəvi olur. Üstünün dərisinin rəngi üzün dərisi rəngdə olur və bəzi hallarda orta hissəsi tündləşir. Ateroma kapsullaşmış piy toxumasından ibarət olur. O əmələ gəldikdən sonra böyüməsi ləng gedir.
Ateromaya dərinin ən çox piyli hissəsində rast gəlmək olur. Ən çox üzdə, göz ətrafında, kürək və qarın nahiyəsində rast gəlinir. Şiş toxuması tək və ya çoxlu miqdar yan-yana düzülmüş halda əmələ gələ bilir.
Ateromanın əmələ gəlməsində hormonal disbalansın və yağ-piy mübadiləsinin pozulmasının səbəb olduğu düşünülür. Bəzi hallarda ateroma infeksiyalaşıb, iltihablaşa bilir. Bu zaman o qızarır və ağrılı əllənir. Bəzi hallarda ateroma özü qopub düşə bilir, irinli iltihabi kütləyə çevrildikdə isə müalicə tələb edir.
Ateromaların ölçüsü 1-5 sm-ə qədər ola bilir. Nadir hallarda 5 sm-dən irisinə də rast gəlmək mümkün olur. Bəzi hallarda ateromalar bədxassəli şişə çevrilə bilirlər, bu zaman həkim cərrahi yolla onu kəsib götürür.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir