ATV-nin efirində Çingiz Əhmədovun mikrofonunu bağladılar
Əməkdar artist Çingiz Əhmədov Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevə qarşı ittihamlarını ATV-də yayımlanan "Şou ATV" proqramında da davam etdirib.
Open.az xəbər verir ki, sənətçi teatr rəhbərinin onun və bir neçə aktyorun haqqında girdiyini söyləyib:
"Böyük sənətkarlarla bir səhnəyə çıxmışam. İndi o qiymətimi ala bilmirəm. Dövlətimiz mənə qiymət verir, teatr rəhbərliyi vermir. Kimin bostanına daş atmışam bilmirəm. Heç vaxt media ilə gündəmə gəlməmişəm, ağlamamışam. Bu gün o Çingiz deyiləm. Prezidentimizin yolu ilə gedirəm. Sağ olsun ki, teatrımıza "Akademik" statusu verdi. Bunun sayəsində maaşlarımız artdı. Teatrın müdiri Əliqismət Lalayev mənim haqqımı vermir. Niyə Nahidə Orucovanın, Ələkbər Əliyevin, Əzizağa Orucovun haqqını yeyir? Mən artıq teatrın rəhbəri ilə müharibə edirəm".
Daha sonra aktyor çıxışına davam etsə də, canlı efirdə onun səsi alınıb. Proqramın aparıcısı Nanə Ağamalıyeva isə "Anonsumuz var, qısa aradan sonra qayıdacağıq" deyə, bildirib. Fasilədən sonra isə Çingiz Əhmədovun əvəzinə verilişdə qonaq olan müğənni Səidə Dadaşovaya söz verilib. (Axşam.az)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür