Avokadonun daha bir faydası aşkarlanıb- ARAŞDIRMA

Avokadonun daha bir faydası aşkarlanıb- ARAŞDIRMAGündəlik avokado yeməyin bağırsaq sağlamlığına müsbət təsir göstərdiyi məlum olub.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın İllinoys Universitetində aparılan bir araşdırmada hər gün avokado yeməyin bağırsaqlardakı faydalı bakteriyaları qidalandırdığı müşahidə olunub.
Nəticələri "Journal of Nutrition"da dərc olunan araşdırma çərçivəsində 25-45 yaş arasında 163 artıq çəkili və piylənmədən əziyyət çəkən yetkin şəxs izlənilib. İki qrupa bölünən həmin subyektlərin bir hissəsi səhər yeməyi, nahar və ya şam yeməyindən birinin əvəzinə bir ədəd avokado yeyib.
12 həftəlik tədqiqat zamanı hər iki qrupdan qan, sidik və nəcis nümunələri toplanıb və nə qədər yemək yedikləri, nə yedikləri qeyd edilib. Tədqiqatçılar gündəlik yeməklərinə avokado əlavə edən iştirakçıların lifləri parçalayan və bağırsaq sağlamlığını dəstəkləyən metabolitlər istehsal edən daha faydalı bağırsaq mikroblarına sahib olduqlarını müşahidə ediblər.
Alimlər, eyni zamanda, avokado istifadə edənlərdəin digər qrupdakılardan daha çox mikroflora müxtəlifliyi aşkarlayıblar.
İllinoys Universitetinin professoru Hannah Holscher, tədqiqatın məqsədinin avokadonun mədə-bağırsaq mikroflorası üzərindəki təsirlərini araşdırmaq olduğunu açıqlayıb. O, avokadonun tərkibində olan yağların doymamış, zeytun yağı kimi ürək üçün faydalı yağlar olduğunu deyib: "Məqsədimiz avokado yağları və liflərinin bağırsaq mikroflorasına müsbət təsir etdiyi hipotezini test etmək idi".
Alim orta ölçülü bir avokadoda təxminən 12 gram lif olduğunu, bunun gündəlik qəbul edilməsi tövsiyə edilən 28-34 qram lifin ən azı yarısını təmin etdiyini vurğulayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1606   Tarix: 26 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar kosmetika mehsullari toy makiyajlari xalq mahnilari sozleri faydalı məlumat zərdəçal buxaq kosmetika toy gecesı novruza aid hakışta rus dilin nece orenek oyunlar meseller