Avropanı cənginə alan YENİ VİRUS - Yoluxanların sayı artır, ölən də var

Avropanı cənginə alan YENİ VİRUS - Yoluxanların sayı artır, ölən də varBəzi Avropa ölkələrində və ABŞ-da Zenftenberq salmonellasına 92 yoluxma halı aşkarlanıb, virusa yoluxanlardan biri ölüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, araşdırmalara və zərərçəkənlər arasında aparılan sorğulara əsasən, infeksiyanın yayılmasına səbəb çerri pomidorlarından istifadə ola bilər.
Salmonellaya yoluxma halları Avropanın 11 ölkəsində - Avstriya (5), Belçika (4), Çexiya (4), Estoniya (1), Finlandiya (12), Fransa (16), Almaniya (26), İrlandiya (1), Hollandiya (5), Norveç (1), İsveç (11), Böyük Britaniya (4) və ABŞ-da (2) qeydə alınıb.
İlk yoluxma halları ötən il avqustun 22-də Fransada aşkar edilib. Bu, bir neçə gün əvvəl, həmin ayın 17-də hazırlanmış salatdan istifadə ilə əlaqədar baş verib. Salatın tərkibində yaşıl tərəvəzlərlə yanaşı, çerri pomidorları da olub. O vaxtdan bəri Avropa ölkələrində artıq 92 nəfər bu virusa yoluxub. Sonuncu yoluxma halı 2023-cü il iyunun 24-də İsveçdə qeydə alınıb. Avstriya, Almaniya, Fransa və İsveçdə aparılan sorğular çerri pomidorlarının "mümkün infeksiya ötürücüsü" olduğunu ehtimal etməyə əsas verir.
Xəstəliyin simptomları adətən infeksiyaya səbəb olan qidanın qəbulundan 12-36 saat sonra üzə çıxır. Simptomlara qızdırma, ishal, qarın ağrısı, ürək bulanması və qusma daxildir və onlar adətən bir neçə gün davam edir. İnfeksiya nadir hallarda, xüsusilə yaşlı və immuniteti zəif insanlarda ölümlə nəticələnə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1116   Tarix: 01 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim və ayaqqabılar kosmetik vasiteler toy makiyajlari yaz salatlari atalar sozleri ana haqqinda vetene aid bayatilar necə tez arıqlayım kosmetika novruz hakisdalari balıq şəhid rus dilini öyrənək yumurta