Avtobus və metronun insan sağlamlığı üçün təhlükəsi
İnsanların sıx olduğu nəqliyyat vasitələrində xəstəliklərin mövcudluğu və yoluxma qaçılmazdır. Nəqliyyat vasitələrindəki xəstəliklərdən həm sərnişinlər, həm də sürücülər eyni dərəcədə əziyyət çəkirlər. Yoluxucu xəstəliklərin yayılması üçün əla mühit olan ictimai nəqliyyat vasitələrində, xüsusilə də metro və trolleybusda bakteriya və viruslar asanlıqla hava damcı və fiziki təmas yolu ilə ötürülür.
Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, elm adamları ictimai nəqliyyatın SARS xəstəliyinə necə təsir etdiyini araşdırıb.
Araşdırmanın nəticəsinə görə, bir şəxs 5 gün ardıcıl tramvay və ya trolleybusdan istifadə edirsə, yoluxma riski 6 dəfə artır.
Bundan əlavə, vərəm, qızılca kimi yoluxucu və daha ciddi xəstəliklərə tutulma ehtimalı da yüksəkdir. Həmçinin, təkcə şəhər daxilində gündəlik istifadə edilən nəqliyyat vasitəsində deyil, həm də qatar və ya şəhərlərarası avtobusla nadir səyahətlər də eyni səviyyədə təhlükəlidir.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi