Axşam saat 6-dan sonra yemək yeməliyikmi?

Axşam saat 6-dan sonra yemək yeməliyikmi?Sağlam həyat tərzini təbliğ edən mütəxəssislər axşam saat 18:00-dan sonra yemək yeməməyi tövsiyə edir. Xüsusilə arıqlamaq istəyən və ya artıq çəki problemi olanlar bu saatdan sonra yeməkdən imtina edirlər ki, daha effektiv nəticə əldə olunsun.
18:00-dan sonra həqiqətən aclıq etməyə dəyərmi? 
Bu mövzu barədə Publika.az-a dietoloq, həkim-terapevt Ləman Süleymanova danışıb. 
Həkim bildirib ki, xaraktercə insanlar bir-birindən seçildiyi kimi, hər bir orqanizmin də fərdi xüsusiyyətləri var. Odur ki, qidalanma rejimi hər kəsdə fərqlidir: 
"İstər hormonal mübadilə, istərsə də insanın həyat tərzi, çalışdığı müəssisə, keçirdiyi xəstəliklər, yaşadığı ölkənin iqlim xüsusiyyətləri, qidalanması, ailə vəziyyəti, zərərli vərdişləri, yaş xüsusiyyəti və s. insanın həyat fəaliyyətinə və hormonların sürət mexanizminə birbaşa təsir göstərir. 
Avtomobilin öz qidası var, benzin vurmalıyıq və yağını yeniləməliyik ki, idarə edə bilək. İnsanı da Allah qida ilə sistemləşdirib. Bizi ayaqda saxlayan, zehni qabiliyyət və fiziki aktivliyimizi təmin edən qidalanmalıdır. Biz bu energetik bazanı qida ilə doldururuq. Amma hər bir insanın qidalanma tərzi və orqanizmin qidaya tələbatı fərqlidir. 
Mütəxəssislər hər kəsə ümumi məsləhət görür ki, rejimlə qidalansın. Səhər, günorta, axşam yeməyi vaxtlı-vaxtında yeyilməlidir, fiziki aktivlik və bol maye qəbulu da tövsiyələr arasında birinci dayanır. Bunlar bütün mütəxəssislərin pasientlərinə, ümumiyyətlə insanlara verdiyi ən vacib  məsləhətlərindən biridir. Lakin fərdi və sistematik yanaşsaq, səhər yeməyi çox vacibdir və bu, bütün insanlara aiddir. Səhər yeməyi bizim energetik balansımızı təmin edir. Səhər mütləq normal qidalanmalıyıq. Orqanizmin ən vacib energetik maddələri qidalardan mənimsəməsi səhər saatlarına təsadüf edir. Bu, 7-dən 11-ə qədər aktivdir. 11-dən 2-yə qədər orqanizmdə maddələr mübadiləsi - zülal, yağ, karbohidrat və mineralların mənimsənməsi bir qədər passivləşir. 
Axşama doğru həzm prosesi ağırlaşır, odur ki, axşamlar daha yüngül və rahat qidalara üstünlük vermək lazımdır. Şəkərli diabet xəstələri, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yüksək olan və arıqlamaq istəyən insanlar yaxşı olar ki, axşam yeməklərinə diqqət etsinlər. Daha yağlı, daha kalorili qidaları mümkün qədər kənarlaşdırsınlar və daha rahat həzm olunan yüngül qidalara üstünlük versinlər". 
Mütəxəssis qeyd edib ki, passiv həyat tərzi sürən insanlar xüsusilə axşam qidasını yüngülləşdirməlidir: 
"Bu qrupun səhər və günorta yeməyi ilə kifayətlənməyi daha yaxşıdır. Lakin fiziki-aktiv həyat tərzi sürən insanlara axşam qidası vacibdir. Çünki yorğunluq sindromu aktivləşəcək və bir neçə gün ərzində insana mənfi təsir göstərə bilər. Arterial təzyiqi aşağı olan hipotoniklərdə halsızlıq, yorğunluq baş verəcək ki, bu da iş qabiliyyətində məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Odur ki, fiziki aktivliyi olan insanlar üçün axşam yeməyi mütləqdir. Yay aylarında gün uzanır, ona görə də 20:00-da da yemək olar. Düzdür, həzm prosesi çox sürətli olmasa da, rahat həzm etmək olur".
Axşam saat 6-dan sonra yemək yeməliyikmi?

Sağlamlıq     Baxılıb: 2037   Tarix: 06 iyun 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

toy makiyajlari geyim seçimi toy gecesi qadin dunyasi kulinariya payiz haqqinda insa praktik məsləhətlər salatların hazırlanması kosmetika baldiz baldiza aid hakisda novruza aid hakisdalar kley lekesi insan