Axşam yatmazdan qabaq 2 MANDARİN YESƏNİZ...- Gecə bu BAŞ VERƏCƏK

Axşam yatmazdan qabaq 2 MANDARİN YESƏNİZ...- Gecə bu BAŞ VERƏCƏKLəzzəti və faydalarıyla sitrus meyvələri arasında ən çox sevilən vitamin deposu mandarinin soyuqdəyməyə necə faydalı olduğunu hər birimiz bilirik. Amma mandarinin faydaları bununla bitmir. Özəlliklə hamilə qadın və uşaqlara bu meyvənin təsirləri möcüzə yaradacaq qədər çoxdur. 
Milli.Az oxu24.com-a istinadən bildirir ki, mandarin sitrus meyvəsi olduğu üçün çox yeyilən zaman insanlarda allergik təsirlər yarada bilir. Bu meyvəni qədərində yeməkdə fayda var. Bəs qədəri nə qədərdir?
Mandarinin vətəni olan Çində yüksək rütbəli məmurlara o vaxt "mandarin" deyilirdi. Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi. Elə ona görə meyvəyə də "mandarin" adı verilib.
Mandarinin nəinki özü, hətta qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir - əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir. Axşam yeməyindən sonra mandarin yemək yuxusuzluğu aradan qaldırır.
C vitamin ilə zəngin olan mandarinin tərkibində B1 və B2, D vitamini, efir yağları, pektinlər, orqanik turşular, kalsium, maqnezium, kalium və s. faydalı maddələr var.  Bu maddələr xüsusilə bədənin itirdiyi enerjini qazanması və yorğunluğun aradan qaldırılmasına kömək edir.
Mandarinin tərkibindəki C vitamini immun sistemini möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır. Dərinin sağlamlığına müsbət təsir göstərir və canlanmasına kömək edir.
Mandarin ürək-damar sisteminə təsiri
Bu meyvə ürək damarlarının sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir. Xüsusilə də mandarinin ağ qabığında olan "qlikozid" adlı maddə damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər. Xolesterin və yüksək təzyiqin azaldılması üçün çox faydalıdır.
Mandarinin tərkibində olan bəzi amin turşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.
Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır. Mədə və bağırsaq florasını təmizləyir. Dırnaqlardakı göbələk yaralarına qarşı bir şəfa təsiri var.
Mandarin təbii antidepressantdır. Mütəxəssislər streslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul - mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın.
Mandarinin tərkibində olan fitonsidlər soyuqdəymə və qrip xəstəlikləri ilə mübarizə etməyə kömək edir.
Bu meyvənin hamilələrə təsirinə gəlincə, bu meyvə hamilələr üçün əvəzedilməz qidadır. Mandarində bayaq da dediyimiz kimi, C vitamini çox olduğundan hamilələri həssas dönəmdə xəstələnməkdən qoruyur.
Tərkibi dəmirlə zəngin olduğu üçün mandarin hamilələrdə qanazlığını əngəlləyir və qandakı hemoqlobini yüksəldir. Mandarinin tərkibində körpənin inkişafı və sağlam olması üçün əvəzolunmaz maddə sayılan fol turşusu var. Fol turşusu körpənin sinir sistemini, sümük inkişafını yaxşılaşdırma qabiliyyətinə malikdir. Həmçinin liflə zəngin olan mandarin hamilələrin ən çox şikayət etdikləri problem olan - qəbizliyin qarşısını almaq üçün ideal meyvədir.
Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi, mandarin da güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən çox etməməlidir.
Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.
İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 928   Tarix: 25 dekabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim şəkilləri kosmetik vasiteler makiyaj instagram is qurmagin yollari bilincik resepti evim interyer hamilələrin qidalanması kosmetika aydin sani vətən həsrəti vetene aid bayatilar sperma novruz bayramina aid hakista