"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA

"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDABunlardan bəziləri Bakını bizim üçün əvəzedilməz, bəziləri isə hərdən lap dözülməz edir.

Zavod çörəyi

Bakının zavod çörəyi dediyimiz çörək növünün həqiqətən də çox xüsusi ləzzəti var. Hər gün yediyimiz üçün adiləşsə də, bir az uzaqlaşan kimi dadı üçün ən çox darıxdığımız şeylərdəndir. Əvvəllər rayonlarda zavod çörəyinin çox çətin tapıldığı vaxtlarda isə Bakıdan rayona gedənlər mütləq zavod çörəyi gətirmələri üçün evdəkilərdən "sifariş" də alırdılar.
"Kartoşka" olmadıqlarını dilə gətirən sərnişinlər...

İşdən çıxandan sonra və ya işə gedəndə - Bakı nəqliyyatının ən qarışıq saatları sizi bir maraqlı cümləni eşitməyə vadar edəcək. "Yarışa çıxan" avtobus sürücüsünə etiraz bildirməyin ən klassik yolu: "Kartoşka daşımırsan, adam daşıyırsan, bir az yavaş sür!" cümləsidir.

Ofisiantla doğmalaşmaq

Ofisianta "qaqaş" deyə müraciət edildiyi başqa bir şəhər tapa bilməzsiniz. Bir neçə dəqiqə içində baş verən bu doğmalaşmanın sonu isə adətən belə qurtarır - "Qaqaş, özün məsləhət bildiyin bir şey gətir, yeyək-içək."

"Pulunu verdim, düşərsən!"

Buna avtobuslarımızın klassikası da deyə bilərik. Bəzən dəqiqələrlə 20 qəpiyi vermək üstündə "dəhşətli" savaş, əl-qol hərəkətlərinin də daxil olduğu böyük mübarizə başlayır. Sonda qalib gələn tərəf isə 20 qəpiyi verib, böyük qələbə hissi ilə avtobusdan düşür.
"Sənin üçün 50 manata!"

Bizim satıcılarımızın da özünəməxsus fəndləri var. Bakıdan başqa heç yerdə bu dialoqu eşidə bilməzsiniz:
"- Paltar neçəyədir?

- Hamı üçün 100 manatdı, sənin üçün 50 manat. Axırıncı maldır deyə, mayasından da aşağı verirəm!"

Bura zibil atanın...

Bura Zibil atanın...

Bu sözlərdən sonra müxtəlif qarğış və söyüşlər görmək mümkündür. Zibillərin atılmalı olmadığı yerə zibil atanların heç cür öhdəsindən gəlməyən insanların son ümidləri də bu sözləri yazmaqla ölür. Nəticədə adətən həmişə bu yazının yazıldığı yerlərdə zibil olduğunu görürük.

"Qapını burax!"

Metroda mütləq qapını tutub-saxlayan bir "ağıllı" olmalıdır - özü də ən pik saatlarda. Elə məhz bu vaxt da sizi qaranlıq dəhliz boşluqlarında dəmir qatarlarla şütüməyə kömək edən sirli maşinistin qəzəbli səsini eşidirsiniz. "Ay ........, qapını burax!"

Bakı bizim uşaqlığımızdır!

Bakı hər nə qədər son illərdə dəyişsə də, bizim üçün uşaqlığımızın ən böyük xatirəsi olaraq qalacaqdır. Buna görə də dünyanın harasına getsək də, uşaqlığımızın keçdiyi Bakının doğmalığı da bütün mənfi və müsbətləri nəzərə almadan da, daima yanımızda qalır.//publika
"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA"Ay ........, qapını burax!" Ancaq AZƏRBAYCANDA

Xəbərlər     Baxılıb: 2399   Tarix: 07 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

maskalar toy makiyaji sekilleri geyim və ayaqqabılar toy paltarlari 2026 hamiləlik həftələri normal yuxu qadini ehtiraslandiran sozler kosmetika hamilelik xanim.az oxu az novruz haqistalari ariqlamaq