Ayaqlardakı bu əlamət ürək xəstəliyinin əlamətidir - Ölümə aparır

Ayaqlardakı bu əlamət ürək xəstəliyinin əlamətidir - Ölümə aparır"Ürək-damar xəstəlikləri geniş yayılıb və ölüm səbəbləri arasında ilk sıralarda yer alır. Hipertoniya, koronar arter xəstəliyi və ürək çatışmazlığı bu ölümlərin böyük bir qisminə səbəb olur"
Milli.Az xəbər verir ki, bu sözləri Mehmet Akif Ersoy Ürək, Damar və Cərrahiyyə Tədris və Araşdırma Xəstəxanasının kardioloqu Prof. Dr. Fatih Uzun 14-20 aprel Ürək Sağlamlığı Həftəsi çərçivəsində deyib.
Prof. Dr. Uzun bildirib ki, ürək-damar sağlamlığı həyat keyfiyyətini birbaşa təsir edir. Onun sözlərinə görə bu xəstəliklər təkcə həyat tərzi ilə deyil, genetik və ətraf mühit amilləri ilə də bağlıdır.
O qeyd edib ki, ürək-damar sistemindəki pozuntular yalnız ürəyə deyil, bədənin bütün orqanlarına zərər verir, çünki qan axını olmadan heç bir toxuma normal fəaliyyət göstərə bilməz.
Prof. Dr. Uzun, ən çox rast gəlinən ürək-damar xəstəliklərini də sadalayıb. Koronar arter xəstəliyi - ürəyə qan axınının zəifləməsi ilə ortaya çıxır və infarkt, aritmiya və qəfil ölümlə nəticələnə bilər.
Hipertoniya - yüksək qan təzyiqi damar divarlarını zədələyərək beyin qanaması və damar partlamasına yol aça bilər. Ürək çatışmazlığı - ürəyin qanı kifayət qədər pompalaya bilməməsidir və nəfəs darlığı, halsızlıq, iştahsızlıqla özünü büruzə verir.
Aritmiyalar - ürək ritminin pozulmasıdır. Ürək qapaq xəstəlikləri - qan axışında geriyə sızma və ya daralma ilə müşahidə edilən problemlərdir. Perifer arter xəstəliyi - xüsusilə ayaq damarlarının tıxanması ilə ortaya çıxır və gediş zamanı ağrı ilə özünü göstərir. Anevrizmalar - damar divarının zəifləməsi nəticəsində yaranan genişlənmələrdir və yırtıldıqda həyati təhlükəyə səbəb ola bilər.
Həkim bu əlamətləri olan şəxslərə təcili həkimə müraciət etməyi tövsiyə edib: "Nəfəs darlığı, bədəndə şişkinlik, döş qəfəsində ağrı varsa, dərhal kardioloqa müraciət edilməlidir. Bəzən ayaqlarda olan ağrı da damar tıxanmasının xəbərçisi ola bilər".
"Sağlam qidalanmaq, idmanla məşğul olmaq, siqaretdən uzaq durmaq, stressi idarə etmək və müntəzəm olaraq sağlamlıq yoxlamasından keçmək ürək-damar xəstəliklərinin qarşısını almağın əsas yollarındandır".
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1615   Tarix: 22 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

sade makiyaj sekilleri kosmetik vasiteler toy gecesi öpüşmək qaydası korpenin cekisi abdulla saiq usaq serleri magura geyim kosmetika maskalar rus dili meseller faydalı maskalar qizlar