Ayaqlarında şişkinlik, qızartı olanlar oxusun
Günəşli, isti havalarda daha açıq ayaqqabılar geyinmək məsləhətdir. Lakin ayaqlarınızda hər hansı səbəbdən şişkinlik, qızartı və ya ləkələr varsa, bunu etmək istəməyə bilərsiniz. Amma bu, dərinin daha da pis vəziyyətə düşməsinə səbəb olacaqdır.
Milli.Az Axşam.az-a istinadən ayaqları daha hamar və yumşaq edən resepti təqdim edir.
Əvvəlcə qeyd edək ki, zəncəfilin iltihabı aradan qaldıran və ağrı kəsici xüsusiyyəti var. Onu zeytun yağı ilə birləşdirildikdə isə şişkinliyi də aradan qaldırmaq mükündür.
Tərkibi:
100 q təzə zəncəfil
1 stəkan zeytun yağı
Hazırlanma qaydası:
Zəncəfilin qabığını soyub bir neçə yerə bölün. Onu tavada zeytun yağı ilə birgə 30 dəqiqə qızdırın. Bu zaman yağ qaynanamamalı, sadəcə ilıq olmalıdır. Daha sonra qarışımı bir gecə soyuması üçün kənara qoyun. Səhər həmin yağı ayaqlarınıza çəkərək masaj edin. Müntəzəm olaraq bu üsuldan istifadə etmək ayaqlarda olan problemləri aradan qaldıracaqdır.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu